Icma.az
close
up
RU
Əməliyyat zamanı canlı yayım açan cərrahlarla bağlı mühüm açıqlama

Əməliyyat zamanı canlı yayım açan cərrahlarla bağlı mühüm açıqlama

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son vaxtlar sosial şəbəkələrində əməliyyat zamanı canlı yayım edən və ya əməliyyatla bağlı görüntüləri paylaşan həkimlərə tez-tez rast gəlirik.

Xüsusilə bu görüntülər “TikTok" platformasında daha geniş yayılıb. Bu hallar ictimaiyyətdə birmənalı qarşılanmır.

Bəziləri həkimlərin əməliyyat videolarını paylaşmağını peşələrinə zidd hesab edir və yaxud belə həssas görüntülərin paylaşılmasını doğru hesab etmir.

"Cebheinfo.az" xəbər verir ki, tibb eksperti, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında məsələ ilə bağlı öz mövqeyini bildirib.

O hesab edir ki, burada həm mənəvi, həm də hüquqi məsuliyyət var.

Xəstənin icazəsi, şəxsi razılığı olmadan onunla bağlı tibbi prosedurun ictimailəşdirilməsi qadağandır, hüquqi pozuntudur.

Adil Qeybulla bu paylaşımları həkim reklamı hesab etsə də, bunun tərəfdarı olmadığını deyib:

“Fikrimcə, həkim reklamları qadağan olunmalıdır. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biyabırçılıqdır. Bunlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir”.

Bəs, sözügedən məsələnin psixoloji tərəfləri nədir?

Psixoloq Vüsalə Əmiraslanovanın sözlərinə görə həkimlərin əksəriyyəti əməliyyatları reytinq xətrinə paylaşırlar:

“Əlbəttə, bu, psixologiyası zəif olan, psixoloji profilaktikası olmayan insanlara mənfi təsir göstərir. Əməliyyat prosesinin paylaşılması etik baxımdan da düzgün deyil. Həmçinin qarşı tərəfdə həyəcan, təşviş pozuntusu, qorxular yarada bilir. Hətta əməliyyata hazırlaşan insanlar, belə  görüntülərdən sonra fikrindən dönə bilir. Tövsiyyəm budur ki, həkimlər bu prosesi xəstəni göstərmədən yox, danışaraq bildirsələr daha yaxşı olar”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Yanvar 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri