Icma.az
close
up
RU
Emin Ağalarov tənqidlərə cavab verdi: Bakıda kazino açmağımın səbəbləri bunlardır...

Emin Ağalarov tənqidlərə cavab verdi: Bakıda kazino açmağımın səbəbləri bunlardır...

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

İş adamı və sənətçi Emin Ağalarov “Sea Breeze” layihəsi çərçivəsində Azərbaycanda kazino açılması ilə bağlı yayılan suallara şəxsən cavab verib.
Demokrat.az xəbər verir ki, o, instaqram hesabında paylaşdığı videoda həm bu qərarın səbəblərini izah edib, həm də sosial şəbəkələrdə yayılan tənqidlərə münasibət bildirib.
Ağalarov bildirir ki, son günlər Sea Breeze-də kazino açılması ilə bağlı verdiyi bəyanatdan sonra ona minlərlə sual ünvanlanıb. Onlardan bəzilərinə isə videoda konkret cavab verir:
“Əgər 17 faiz azərbaycanlı turist Gürcüstanın Batumi bölgəsindəki kazinolarda oynayırsa, mən niyə bu turistləri Azərbaycana qaytarmayım?”
O, bildirib ki, məqsədi Azərbaycanda turizm potensialını artırmaq, dünya səviyyəli otel və xidmət şəbəkələri ilə inteqrasiya olunaraq dörd fəsil ölkəyə turist axınını təmin etməkdir:
“Kazino açılması, turizm infrastrukturunun ayrılmaz hissəsi kimi planlaşdırılır. Uşaqların girişinə qəti qadağa qoyulacaq, yalnız 21 yaşdan yuxarı şəxslər daxil ola biləcək. İstəyimiz odur ki, müştərilər əsasən xaricilər olsun”.
Emin Ağalarov Gürcüstanı və gürcü xalqını çox sevdiyini bildirərək əlavə edib:
“Lakin öz turistlərimizi onların əlindən almalıyıq. Bu bizim üçün iqtisadi və strateji məsələdir”.
Sosial şəbəkələrdə istifadəçilərdən gələn sərt şərhlərə də toxunub. Bəziləri onun bu layihəsini “haram”, “fəlakət”, “uşaqlar üçün təhlükəli” adlandırıb. Lakin Ağalarov bu tənqidlərə təmkinli yanaşıb və ictimaiyyətin narahatlığını anlayışla qarşılayıb.
Musavat.com olaraq bildiririk ki, Emin Ağalarovun “Sea Breeze” layihəsi çərçivəsində təqdim etdiyi kazino konsepsiyası, onun turizm və iqtisadi inkişaf baxımından strateji baxışının bir hissəsidir. Hələlik ictimai rəy iki yerə bölünsə də, bu video ilə Ağalarov öz mövqeyini açıq şəkildə ortaya qoyub.
Videonu Emin Ağalarovun rəsmi instaqram səhifəsində izləyə bilərsiniz. 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Avqust 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see335

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see186

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see143

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see141

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see139

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see136

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see133

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see130

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see128

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see125

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see123

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see122

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see120

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see118

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see118

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri