Icma.az
close
up
RU
Emin Əmrullayev: “Limitin ləğvi Azərbaycan futbolu üçün müsbət qərardır”

Emin Əmrullayev: “Limitin ləğvi Azərbaycan futbolu üçün müsbət qərardır”

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mən legioner limitinin ləğvinin Azərbaycan futbolu üçün müsbət qərar olduğunu düşünürəm”.

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev deyib.

O, 2025/2026 mövsümündə Misli Premyer Liqasında legioner limitinin ləğv olunmasına münasibət bildirib. Əmrullayev bu qərarın müsbət nəticələr verə biləcəyini qeyd edib: “Nəzəriyyə bunu deyir ki, legioner limitinin ləğvi bu və ya digər liqada rəqabətin artmasına, yəni inkişafa səbəb olur. Bizim ənənəvi yanaşmamız bundan ibarətdir ki, legioner limitinin olması yerli futbolçuların oynamasına şərait yaradır. Ancaq biz unutmamalıyıq ki, bunun digər mənfi tərəfi ondan ibarətdir ki, klublar maliyyəsini yaxşılaşdırdıqca onlar çox rahat bir durumla üz-üzə qalırlar. Bu da inkişafın əksi deməkdir. Fikrimcə, AFFA-nın qərarı mürəkkəb formula üzərindədir. Orada müəyyən şərtlər də nəzərdə tutulub. Mən legioner limitinin ləğvini Azərbaycan futbolu üçün müsbət qərar olduğunu düşünürəm. Ancaq qərar tətbiq olunandan sonra daha dəqiq nələrsə demək mümkün olacaq”.

Azərbaycan Basketbol Federasiyasının prezidenti də olan Əmrullayev vurğulayıb ki, basketbolda da yanaşma eynidir: “Mümkün olduqca legionerlərin sayını artırdıq. Çünki insanlar baxımlı oyun istəyir. Sonda oyunun keyfiyyəti daha önəmlidir. Biz hər şeydən öncə müəyyən etməliyik ki, futbola, basketbola nə üçün baxırıq. İdman təkcə udmaq yox, həm də uduzmaq var. Uduzanda stadiona gəlməmək, özünü komandanın bir hissəsi hesab etməmək fikrimcə, azarkeşə xas xüsusiyyət deyil. Bəzi hallarda isə klub mədəniyyəti ilə millilik mədəniyyətini qarışdırdığımızı düşünürəm. Klublarımızın beynəlxalq rəqbətliliyndən danışırıqsa, legioner limitinin ləğvini müsbət qərar hesab edə bilərik”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin fevralın 3-də baş tutan iclasında 2025/2026 mövsümündən etibarən legioner limitinin ləğvi ilə bağlı qərar qəbul olunub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Fevral 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri