Icma.az
close
up
RU
Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında iştirak edib

Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında iştirak edib

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyunun 24-də ADA Universiteti və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb.


Elm və Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, konfransa 7 ölkədən 230-dan çox iştirakçı qatılıb

“Formal təhsil hüdudlarından kənar: sürətlə dəyişən dünya ilə ayaqlaşan təhsilə doğru” mövzusuna həsr olunmuş builki konfrans təhsil sahəsində innovativ yanaşmaların müzakirəsi üçün geniş platforma yaradıb.

Konfransın rəsmi açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayıb. Nazir təhsil gündəminin aktual məsələlərinə toxunaraq bu sahəyə elmi yanaşmanın və aparılan tədqiqatların vacibliyini xüsusi vurğulayıb. Emin Əmrullayev tədbir iştirakçıları ilə təhsilin bütün pillələrinə dair bir sıra maraqlı məqamları müzakirə edib. Nazir həmçinin müasir dövrün çağırışları fonunda təhsil sisteminin dəyişən reallıqlara uyğunlaşdırılmasının zəruriliyindən də bəhs edib.


Konfransın əsas məruzəçisi, ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd “Təhsildə əlavə dəyərin yaradılması” mövzusunda çıxış edərək müasir təhsilin yalnız bilik ötürməkdən ibarət olmadığını, təhsilin həm də dəyərlər üzərində qurulan şəxsiyyət yetişdirməyi hədəfləməli olduğunu vurğulayıb. Qalib Məmməd milli kimliyə bağlılığın və qlobal baxış bucağının harmoniyasını, müəllim və alimlərin nüfuzunun qorunması və bu peşələrə davamlı sərmayə yatırılmasının əhəmiyyətini xüsusi qeyd edib.


Bildirilib ki, konfransın ilk günü çərçivəsində keçirilən ilk panel müzakirəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov, Moskva Dövlət Psixologiya və Pedaqogika Universitetinin prorektoru Sergey Kosaretskiy və Kanadanın Amerika Keyfiyyət Cəmiyyətinin regional direktoru Natella İsazadə ali təhsildə islahatların əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.


Konfransın ilk günü təhsil tədqiqatçılarının təhsildə rifah, süni intellektin təhsilə təsiri, inklüzivlik, humanitar fənlərin tədrisi və təhsildə sahibkarlıq kimi aktual mövzular üzrə təqdimat və müzakirələrlə yekunlaşıb.


Qeyd edək ki, konfrans üç gün davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 İyun 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri