Icma.az
close
up
RU
Emin Əmrullayev yazır: Tənqidlərə cavab

Emin Əmrullayev yazır: Tənqidlərə cavab

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında məqalə ilə çıxış edib. 

Nazir son günlər müzakirə olunan məsələlər və ünvanına səsləndirilən tənqidlərə cavab verib.

"Cebheinfo.az" məqaləni təqdim edir: 
Hər bir müsahibədə Elm və Təhsil Nazirliyi olaraq müəyyən məqamlara toxunaraq təhsil sahəsində ictimai müzakirəni canlandırmağa çalışırıq və dövlət qurumu olaraq belə müzakirələri faydalı hesab edirik. 

Demək olar ki, hər müsahibədən sonra söylənilən fikirlərin bəzilərinin kontekstdən çıxarılaraq yanlış məcraya yönəldilməsinin də şahidi oluruq ki, bu da özü-özlüyündə müzakirənin səmərəliliyinə xələl gətirir. 

Bunun qəsdən və ya bilməzlikdən baş verməsini bir kənara qoyub keçirəm mətləbə – yəni son müsahibədə ali təhsil xərcləri ilə bağlı söylənilən fikirlərin təkrar şərhinə.

Söylədiyim fikir bundan ibarət idi ki, Azərbaycanda 1 tələbəyə düşən təhsil haqqı (oxu: təhsil xərcləri) inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Təhsil haqqının aşağı olması sosial nöqteyi-nəzərdən nə qədər müsbət qarşılansa da, ümumilikdə təhsilin keyfiyyətinə təsir edən amildir.  

Yəni təhsil də digər sahələrdə olduğu kimi investisiya tələb edir və ya təhsilin keyfiyyətinə təsir edən əsas amillərdən biri də maliyyələşmədir. Çünki ali təhsil sistemində müəllimlərin əməkhaqqısı, maddi-texniki baza, tədqiqatlar və digər məsələlər bu xərclərdən asılıdır. 

Bu fikirlərə şərh bildirən bəzi vətəndaşlar bir sıra ölkələrdə təhsilin “pulsuz” olduğunu vurğulayaraq söylənilən fikirlərin yumşaq desək, həqiqəti əks etdirmədiyini iddia edirlər. Kimlərsə şərh yazdı, kimlərsə qınadı, kimlərsə də poster düzəldib onu geniş kütləyə yaymağa çalışdı. İşin əsli necədir?

Əvvəla, “pulsuz” təhsil dünyanın heç yerində yoxdur. Təhsil həmişə ödənişlidir. Misal kimi göstərilən Avstriya, Almaniya və Fransa kimi ölkələrdə ali təhsilin bakalavr pilləsində illik təhsil xərci 10,000-18,000 avro (alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla) təşkil edir. 

Avstriyada və ya Fransada tələbənin ödədiyi 500-1000 avro məbləğ isə 1 semestr üçün qeydiyyat haqqıdır, yəni təhsil haqqı deyil. Başqa sözlə, bu ölkələrdə təhsil haqqı (və ya xərci) aşağı deyil, bu xərc müəyyən sayda vətəndaş üçün dövlət tərəfindən qarşılanır. 

Sadəcə, vətəndaşların heç də hamısı ali təhsilli olmaq istəmir. Təxminən 40-60% məzun peşə təhsili alır. Yazdıqlarımın təsdiqi və daha ətraflı məlumat üçün aşağıdakı linkə baxa bilərsiniz. 

Mənbə:https://www.oecd.org/en/publications/education-at-a-glance-2025_1c0d9c79-en/full-report/how-is-tertiary-education-financed_2845d742.html#section-d1e2880-d22498ead6    

Bəs ölkəmizdə bu məsələlər necədir? Azərbaycanda da müəyyən sayda vətəndaş (hər il bakalavr pilləsi üzrə qəbul olunanların yarıdan çoxu, təxminən 30,000 nəfərdən çox tələbə) təhsilini dövlət hesabına alır və ya başqa sözlə pulsuz oxuyur. 

Bu say dövlət sifarişi əsasında maliyyələşdirilir. Başqa sözlə, dövlət iqtisadiyyatın gələcək ehtiyaclarını təhlil edərək zəruri sayda vətəndaşın təhsilini öz üzərinə götürür. Bəzi ixtisaslar (məs: tibb, kənd təsərrüfatı ixtisasları) tamamilə dövlət sifarişi əsasında maliyyələşir, çünki bu ixtisaslara ciddi ehtiyac görünür. 

Eyni zamanda tədricən keyfiyyət artımına nail olmaq üçün hər il SABAH proqramı çərçivəsində bir sıra ixtisaslar üzrə dövlət sifarişi məbləği qədər vəsait də təhsil xərcinə əlavə olunur. 

İkili diplom proqramları, digər ölkələrlə birgə universitetlərdə tədris edilən proqramlar da dövlət sifarişi ilə müqayisədə daha yüksək xərclərə başa gəlir. Məlumat üçün qeyd edim ki, bu tip proqramlarda təhsil xərcləri inkişaf etmiş ölkələr ilə müqayisə edilə biləndir.

Sual verə bilərsiniz ki, bəs Azərbaycanda niyə ödənişli təhsil də mövcuddur? Bu məqam daha çox ali təhsilə olan tələbatla bağlıdır – ölkədə az qala hamı ali təhsil almaq istəyir və ya hüquqşünas olmaq istəyənlərin sayı əmək bazarında ehtiyac olan hüquqşünasların sayından çoxdur. 

Dövlət isə yalnız zəruri hesab etdiyi sayda vətəndaşı maliyyələşdirir. Nümunə olaraq hüquqşünaslıq ixtisası ilə davam edək: dövlət sifarişi əsasında hər il 600 nəfər tələbə maliyyələşdirilir və ya “pulsuz” oxuyur. 

Bununla belə hüquqşünaslıq ixtisasına əlavə olaraq 895 nəfər də ödənişli əsasda qəbul olunur. Bu 895 nəfərin topladığı bal onların dövlət sifarişi əsasında (ödəniş etmədən) digər ixtisaslarda oxumasına imkan versə də, onlar ödənişli əsasda hüquqşünas ixtisasını seçirlər. Yəni bir çox abituriyent var ki, onlar öz vəsaitləri hesabına arzu etdikləri ixtisaslarda oxumağı ödənişsiz (dövlət hesabına) təhsildən daha üstün tuturlar. 

Dövlət sifarişinin dəyəri mərhələlərlə artırılsa da, bir çox ixtisaslar üzrə vətəndaşın ödədiyi vəsait dövlət sifarişindən daha aşağıdır. Başqa sözlə, Azərbaycanda ali təhsil müəssisələrində kompüter mühəndisi, maliyyə mütəxəssisi və ya inşaat mühəndisi olmaq üçün illik təhsil haqqı 1500-2000 AZN təşkil edir. 

Mənim arqumentim budur ki, bu məbləğə keyfiyyətli, qlobal rəqabətə davam gətirəcək mütəxəssis hazırlamaq mümkün deyil. Yəni əgər keyfiyyətli İT mütəxəssisinin aylıq əmək haqqısı 2,500-5,000 azn təşkil edirsə, məzun bütün təhsilinə xərclədiyi vəsaiti (2,000 AZN x 4 il = 8,000 azn) 3-4 aya geri qaytarır. 

Maliyyədən bir az anlayışı olan adamlar başa düşərlər ki, heç bir investisiyadan belə gəlirlilik səviyyəsi mümkün deyil. Başqa sözlə, çox aşağı qiymətə olan təhsilin yekun nəticəsi ən yaxşı halda diplom ola bilər. 

Bütün bunları deməkdə məqsəd nə idi? Məqsəd heç də ali təhsil müəssisələrində təhsil haqlarını qaldırmaqla bağlı deyil. Niyyət bu reallığı konstruktiv müzakirə etməkdir. Reallıq odur ki, dövlət sifarişi, SABAH qrupları, ikili diplom proqramları, digər ölkələrlə birgə universitet modelləri çərçivəsində təhsil alan tələbələrin təhsil haqları (xərcləri) dövlət tərəfindən qarşılanır. 

İqtisadiyyat üçün ehtiyac olan saylar bu yol ilə maliyyələşir. Dövlət bu istiqamətdə mərhələlərlə maliyyələşməni artırır. Daha çox insan ali təhsil almaq arzusunda olduğundan bu şəxslərə ödənişli əsaslarla da ali təhsil almaq imkanı yaradılılır. 

Ödənişli təhsil üzrə təhsil haqqının aşağı olması qısa müddətdə həmin tələbə üçün rahat görünsə də, uzun müddətdə nə onun özü üçün, nə də cəmiyyət üçün faydalı bir şeylə nəticələnmir.

Elm və Təhsil Nazirliyi olaraq biz daha çox Azərbaycan vətəndaşının ali təhsil almasının tərəfdarıyıq. Amma saylarla yanaşı keyfiyyəti də düşünmək lazımdır. Keyfiyyət həm kəmiyyətə, həm maliyyəyə, həm ümumi təhsilin keyfiyyətinə, həm də digər amillərə bağlıdır. 

İnanırıq ki, uzun müddətdə, mərhələlərlə bu amillərin ortaq balansını tapa bilərik – buna zaman lazımdır. Vətəndaşlara isə mesaj ondan ibarətdir ki, bəzi hallarda keyfiyyətsiz ali təhsil diplomu almaq əvəzinə keyfiyyətli peşə təhsili almaq seçimini də düşünsünlər. 

Bu tip müzakirələrdə yəqin ki, ən asan məsələ sosial mediada əsassız şərh yazmaqdır. Amma şərhlər, mövqelər hansısa faktlara və tutarlı arqumentlərə əsaslanmalıdır. Təhsil siyasəti kifayət qədər mürəkkəb sahədir, qərarların verilməsi həmişə hansısa çətin seçimlərdən keçir. 

Tələbənin ödədiyi qeydiyyat haqqını təhsil xərci kimi başa düşmək və onu cəmiyyətə xəbər kimi təqdim etmək yanlış və çox dayaz mövqe nümayişidir. Belə mövqe nə vətəndaşımızı, nə də ölkəmizi irəli aparır. Bizim isə məqsədimiz inkişaf və tərəqqidir. 

Gününüz uğurlu olsun! 
"Cebheinfo.az "

Açar sözlər: tənqidlər Emin Əmrullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see275

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see222

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see216

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see214

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see211

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see210

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see209

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see207

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see206

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see205

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see204

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see202

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see199

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see198

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see197

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see196

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see193

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see192

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see186

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri