Icma.az
close
up
RU
Emin Əmrullayevin daha bir kitab tenderi: 650 min kimə verildi? (YENİLƏNİB)

Emin Əmrullayevin daha bir kitab tenderi: 650 min kimə verildi? (YENİLƏNİB)

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Elm və Təhsil Nazirliyinin orta məktəb dərsliklərinin çapı ilə bağlı keçirdiyi tender müsabiqəsinin daha bir qalibi müəyyən edilib.

Tender müsabiqəsi 3-4-cü siniflər üzrə dərsliklərin çapı ilə bağlı olub.

Qeyd edək ki, 3-4-cü siniflər üzrə dərsliklərin çapını “Tuna” QSC (VÖEN – 1700294531) həyata keçirəcək.
Nazirlik dərslik çapı üçün “Tuna” QSC-yə 648 min 998 manat ödəyəcək. 

Onu da bildirək ki, nazirlik daha əvvəl 1-2-ci siniflər üzrə dərsliklərin çapını “Çaşıoğlu Elm-İstehsalat” MMC-yə (VÖEN – 1300069061), 5-6-cı siniflər üzrə dərsliklərin çapını “Təhsil” Nəşriyyat Poliqrafiya MMC-yə (VÖEN – 1300379491), 7-9-cu siniflər üzrə dərsliklərin çapını “Şərq-Qərb” ASC-yə (VÖEN – 2000043631), 10-11-ci siniflər üzrə dərsliklərin çapını isə “İndiqo” MMC-yə (VÖEN – 1400595071) həvalə edib.

Tenderin qalibi olan şirkətlərin çap edəcəkləri kitabların sayı və bir ədəd kitab üçün alacaqları orta məbləğ, həmçinin şirkətlər haqqında məlumatlar aşağıdakı kimidir:

– “Çaşıoğlu Elm-İstehsalat” MMC – 2 361 250 ədəd (bir ədəd dərslik 1 manat 39 qəpik);

“Çaşıoğlu Elm-İstehsalat” MMC 24 iyun 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 min 980 manat olan MMC Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 18A, m. 12 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Ülfət Hikmət oğludur.

– “Təhsil” Nəşriyyat Poliqrafiya MMC – 1 341 950 ədəd (bir ədəd dərslik 2 manat 31 qəpik);

“Təhsil” Nəşriyyat Poliqrafiya MMC 10 dekabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 204 min 401 manat olan MMC Nərimanov rayonu, Fətəlixan Xoyski pr., ev 121 ünvanında yerləşir.  MMC-nin qanuni təmsilçisi Axundov Tural Bəhruz oğludur.

– “Şərq-Qərb” ASC – 1 066 800 ədəd (bir ədəd dərslik 2 manat 38 qəpik);

“Şərq-Qərb” ASC 24 iyun 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan ASC Xətai rayonu, Aşıq Ələsgər ev 178 ünvanında yerləşir. ASC-nin qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur.

– “Tuna” QSC – 394 050 ədəd (bir ədəd dərslik 1 manat 65 qəpik);

“Tuna” QSC 17 dekabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 milyon 19 min 900 manat olan QSC Səbail rayonu, Üzeyir Hacıbəyov ev 21, m. 3 ünvanında yerləşir.  QSC-nin qanuni təmsilçisi Rizvanov Rövşən İsa oğludur.

– “İndiqo” MMC – 397 900 ədəd (bir ədəd dərslik 1 manat 93 qəpik);

“İndiqo” MMC 8 iyun 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 manat olan MMC Səbail rayonu, Akademik Əhəd Yaqubov ev 2, 1-ci dalan ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Aslanbəyli Səbuhi Əli oğludur/Yeniavaz

***

Elm və Təhsil Nazirliyinin 3-4-cü siniflər üzrə dərsliklərin hazırlanmasına sərf edəcəyi vəsaitin həcmi açıqlanıb.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, dərsliklərin istehsalına 648 998 AZN xərclənəcək.

Nazirlik “Tuna” QSC ilə müqavilə bağlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 İyun 2025 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri