Icma.az
close
up
RU
Emin Hüseynovun əsl siması ifşa olundu Səməd Seyidov

Emin Hüseynovun əsl siması ifşa olundu Səməd Seyidov

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Uuzn illərdir ki, İsveçərədə yaşayan və özünü "müstəqil jurnalist" kimi təqdim edən Emin Hüseynovla bağlı qalmaqallı məqamlar üzə çıxmaqda davam edir. 

Belə ki, onun İsveçrəyə getməsi ilə bağlı həmin vaxt  bu ölkənin "Tagesanzeiger" saytında maraqlı detal qeyd olunmuşdu. Nəşr qeyd edir ki, Hüseynovun İsveçrəyə aparılması üçün bu ölkənin hökuməti Emin Hüseynovun təxminən 200.000 AZN məbləğində vergi borcunu ödəmişdi.

Yəni İsveçrə hökuməti isveçrəli vergi ödəyicilərinin hesabına xaricdə uzun illər qrant alıb vergisini ödəməyən birinin vergi borclarını bağlayıb.

Əvəzində Emin Hüseynov İsveçrə hökuməti qarşısında Azərbaycan vətəndaşlığından imtina etmək kimi öhdəlik də götürmuşdü.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərası əlaqələr komitəsiinin sədri Səməd Seyidov bildirib ki, Emin Hüseynovun iç üzünün açılması, həm də ona dəstək verənlərin əsl simasının ifşa olunmasıdır:

“Mən düşünürəm ki, o şəxsə ən gözəl cavabı Mehriban xanım verdi. Söhbət yalnız onun arvad paltarı geyinməsindən, qaçmasından getmir. Bu hərəkətlər Azərbaycana qarşı sanki ən qəddar düşmənin etmədiklərini etmək niyyətində olmasını göstərir. Onları yaxşı tanıyırıq. Avropa Şurasında biz sessiyalara gələndə daim orda idilər və heç jurnalist də deyillər. Azərbaycana qarşı verilən qrantları götürüb istifadə edib, sadəcə jurnalist adı altında iş görürdülər. Hər birinin iç yüzü açıldı. İfşa olunanlar tək onlar deyil, onlara dəstək verən qüvvələrdir. Dəstək verənlərin də əsl siması ifşa olundu". 

Səməd Seyidov İsveçrənin Emin Hüseynova sığınacaq verməsinə də münasibət bildirib.

"Niyyətlərinin nə olduğu indi daha aydınlaşır. Onlar Azərbaycanın müstəqilliyini, Qarabağın azad olunmasını, Azərbaycanın suveren dövlət kimi inkişafını və bugün o zirvədə Azərbaycanın mövcudluğunu görmək istəmirdilər, ancaq istəklərinə nail ola bilmədilər və yanıb tökülürlər. Ona görə nə deyim, indi hansı qərarı İsveçrə hökuməti qəbul edib özləri bilirlər. Ancaq belə insanlarla  Azərbaycana qarşı işləməklə onlarla yanaşı, belə insanlara dəstək verənlərin içi üzü açılmış oldu". 

Komitə sədri vurğulayıb ki, Emin Hüseynov və onun kimilərinin davranışı onların Azərbaycanın mövcudluğu qəbul etmədiklərini göstərir:

"Yenə də təkrar edirəm, burada söhbət ondan gedir ki, bunun cinayəttərkibli əməlləri bir-birinə qarışıb. Ən böyük cinayəti isə Azərbaycana qarşı işləməkdir. Söhbət bundan gedir. İndi o ki, bunun vergi cinayətkarı olmasına və belə bir şəxsə İsveçrənin qucaq açmasına, bu barədə hüquqşünaslardan soruşmaq daha yaxşı olar. Ancaq bunların davranışlar göstərir ki, onlar Azərbaycanın mövcudluğunu qəbul etmirlər. Ən böyük cinayət elə bundan ibarətdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Fevral 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri