Emin İbrahimova 10 il həbs tələb edildi
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Emin İbrahimovun verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün 1 ay vaxt verilib.
Qeyd edik ki, Emin İbrahimov Nizami rayonu ərazisndə səki ilə hərəkət edərkən onunla üzbəüz gələn Kamal Şükürovla çiyin-çiyinə dəyib. Buna görə onlar arasında mübahisə yaranıb. İttihama görə, hisslərini cilovlaya bilməyən Emin üstündəki bıçaqla Kamalın qarın nahiyəsindən vurub.
"Cebheinfo.az"
Baxış sayı:62
Bu xəbər 12 Mart 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















