Əmisi oğlu Netanyahuya səs verməkdən imtina etdi
Icma.az bildirir, Axar.az portalına istinadən.
Bu dəfə mən orijinal dəyərlərindən imtina edən və liderləri ölkədə dərin milli uçurum yaradan Likud Partiyasına səs verməyəcəyəm.
Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri, Likud Partiyasının sədri Benyamin Netanyahunun əmisi oğlu və Bar-İlan Universitetinin professoru Natan Netanyahu deyib.
“Baş nazirin və onun nazirlərinin məhkəmə sisteminə və nəzarət mexanizmlərinə qarşı təkrarlanan hücumları, mübahisəli təyinatlar, koalisiyanı tənqid edənlərə qarşı yönəlmiş qızışdırma və böhtan kampaniyası, eləcə də hökumət üzvləri ilə bağlı ciddi şübhələr — bütün bunlar idarəetmə mədəniyyətini pozub, ictimaiyyətin hökumətə olan etimadını sarsıdıb və İsrail cəmiyyətindəki uçurumu misli görünməmiş dərəcədə dərinləşdirib. Bu cür dağıdıcı milli ayrılığa səbəb olanlar onu bərpa edə biləcəklərmi?" – Natan Netanyahu bildirib.
Qeyd edək ki, bu gün İsraildə parlament seçkiləri keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 27 Oktyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















