Icma.az
close
up
RU
Əmizdirmə problemləri: döş gilələrində çatlar

Əmizdirmə problemləri: döş gilələrində çatlar

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Uşağın əmizdirilməsi anaya ağrı verməməlidir.

Əgər əmizdirmə zamanı ana ağrı hiss edirsə, döş giləsi isə əmizdirdikdən sonra qızarmış olursa (sanki onun üzərindəki dəri soyulmuşdur), bu, döş giləsində sıyrıntı olmasının əlamətidir. Bu zaman növbəti əmizdirmələr də eyni qaydada aparılarsa, ananın döş giləsində tez bir zamanda çatlar yaranacaq. Bu çatlar ağrılı olur, çatlardan qan axır. Bu zaman uşağın əmizdirilməsi xeyli ağrılı, bəzi hallarda isə mümkünsüz olur. Bəs, bu problemi necə həll etmək lazımdır?

Uşaqlar doğularkən heç də, ananın döşünü düzgün tuta bilmək vərdişini, anaya zərər vermədən doyunca əmə bilmək qaydalarını bilmirlər. Bunu uşağa məhz anası “öyrətməlidir” (bu haqda saytımızda məlumat var). Bunun üçün bir qədər vaxt və ananın bir qədər səbr etməsi kifayət edir, çünki tezliklə uşaq, ananın döşünü düzgün əmməyə başlayacaq.

Əgər ana özü uşağı əmizdirmək qaydalarını bilmirsə və təbii ki, bunu öz körpəsinə də “öyrətmirsə”, uşaq ananın döşünü səhv şəkildə (“özü bildiyi kimi”) tutacaq. Bu isə əksər hallarda, əmizdirən ananın döş giləsində sıyrıntıların və çatların əmələ gəlməsinə səbəb olacaq.

Körpə, ananın döş giləsini düzgün tutmadıqda, ananın döşündə ağrı olur. Ağrının olması isə, əksər hallarda, əmizdirmənin düzgün getmədiyinin göstəricisidir. Əgər əmizdirmə zamanı ağrı varsa, ana döşünü ehtiyatla uşağın ağzından çıxarmalı və onu yenidən düzgün şəkildə verməlidir.

Ananın döşünün uşaq tərəfindən düzgün şəkildə götürülməsi zamanı uşaq, ananın döş giləsindən sonra yerləşən sahəni (areolanı) dili ilə əhatə edərək dilinin yumşaq, dalğavari hərəkətləri ilə, ana südünü "itələyərək" (bu zaman uşağın damaqları da ona kömək edir) özünün udlağına tərəf yönəldir. Bu halda döş giləsi yalnız, ana südünün ötürücüsü rolunu oynayır və heç bir travmatik təsirə məruz qalmır (çünki xeyli dərində - yumşaq damaq səviyyəsində yerləşmiş olur).

Lakin bəzi hallarda düzgün təşkil olunmuş əmizdirməyə baxmayaraq, ana daim gilələrin üzərində yaranan çatlar və sıyrıntılardan əziyyət çəkir. Bu halda uşağı pediatra və ya əmizdirmə məsləhətçisinə göstərmək lazımdır. Bəzi nadir hallarda bunun səbəbi körpənin ağzında olan patologiyalardır - dilaltı və dodaq bağlarının ("uzdeçka") qısa olması. Dərəcəsindən asılı olaraq bu bağlar kəsilməlidir. Əgər bağ çox qalın deyilsə, uşaq 4 ayına çatana kimi elastiklik yarana bilər və əlavə cərrahiyyə əməliyyatına ehtiyac qalmaz.

Beləliklə, ana, uşağın əmizdirilməsini necə təşkil etməlidir ki, onun döş gilələrində çatlar əmələ gəlməsin?

Bunun üçün, ilk növbədə, mütəxəssislər tərəfindən tövsiyə olunan aşağıdakı şərtlərə əməl etmək tələb olunur:

- Uşağın əmizdirilməsinin lap ilk günlərindən etibarən, döşü ona düzgün şəkildə vermək lazımdır. Bu, gələcəkdə döşdə ola biləcək bütün poblemlərin profilaktikası üçün ən yaxşı üsuldur. Bəzən qadınlar fikirləşir ki, döş giləsində əmələ gələn çatların səbəbi ananın uşağı tez-tez və uzun müddət ərzində əmizdirməsidir. Bu, tam səhv fikirdir! Yadda saxlamaq lazımdır ki, ana sağlamdırsa və uşaq da ananın döşünü düzgün şəkildə əmirsə, onun nə qədər müddət ərzində əmməsindən asılı olmayaraq, döşlərə heç bir ziyanı yoxdur!

- Heç bir halda, xüsusən də, əmizdirmənin ilk həftələrində, döşü uşaqdan zorla almaq olmaz! Bir çox hallarda - döş giləsində çatların əmələ gəlməsi, ananın öz döşünü uşağın ağzından ehtiyatsız şəkildə dartaraq zorla ayırmasından sonra baş verir.

- Pediatrlar əmziklərdən, əmizdirilmə zamanı döş giləsinin üzərinə qoyulan xüsusi vasitələrdən (gilə qoruyuculardan) istifadə etməyini tövsiyə etmirlər. Uşaq əmziyi və ananın döşünü tamamilə başqa cür əmir. Əmziyə öyrənmiş uşaq, ananın döşünü düzgün əmməyəcək ki, bu da gələcəkdə müxtəlif problemlərin (uşaq döşü düz götürmələcək, döşdən imtina edəcək, ananın gilələrində sıyrıntılar və çatlar əmələ gələcək ) yaranmasına səbəb ola bilər.

- Hər əmizdirmədən qabaq döşün dərisini yumayın (xüsusən də, sabunla), onu tərkibində spirt olan vasitələrlə təmizləməyin - bunun nəticəsində dəri quruduğu üçün asanlıqla zədələnə bilir, çünki bu zaman onun üzərində olan təbii qoruyucu təbəqə yuyulur.

- Əmizdirmənin ilk dövrlərində döşün dərisinə daha tez-tez hava vannaları verməyi unutmayın.

- Döşdən axan südün hopması üçün, onların üzərinə, yalnız təbii materiallardan hazırlanmış apteklərdə satılan xüsusi “nəfəsalan” diskləri qoyun və onları tez-tez dəyişdirməyi də unutmayın.

- Döş giləsinin sıyrıntıların əmələ gəlməsinin qarşısını almaq üçün, bilavasitə əmizdirmədən sonra, öz südünüzdən onların üzərinə bir qədər sürtərək qurumasını gözləmək lazımdır.

- Əgər döş giləsində sıyrıntılar və kiçik çatlar dərin deyilsə və onların əmələ gəlməsinin səbəbi, uşağın, ananın döşünü düzgün götürməməsidirsə, bu səbəbi aradan götürdükdən sonra uşağın əmizdirilməsi, praktik olaraq, ağrısız olur. Bəzi hallarda əmizdirmənin əvvəlində ağrılar əmələ gəlsə də, bir qədər sonra zəifləyir, bəzən isə keçib gedirlər. Bir çox hallarda, heç bir əlavə vasitə və üsullardan istifadə etmədən bu çatlar, tez bir zamanda sağalır. Bəzi hallarda, ağrının zəiflədilməsi və döşün həssaslığını bir qədər azaldılması üçün təbii lanolindən hazırlanmış kremlərdən istifadə etmək olar.

Əgər çatlar dərin, ölçüləri böyük və xeyli dərəcədə ağrılıdırsa, onların sağalması üçün əlavə müalicə və bərpa üsullarından istifadə etmək lazım gəlir. Ağır çatlar olduqda, onların daha tez sağalması üçün Bepanten kremi, Solkoseril məlhəmi, təbii lanolin (Purelan və ya Lansino kremləri), həmçinin, çaytikanı yağı, kalendula, manuka balı (çay ağacının nektarından hazırlanan bal) və s. bu kimi təbii sağaldıcı vasitələrdən də istifadə etmək olar.

Müalicə zamanı çatları olan döşlə əmizdirilməni 6-12 saat ərzində müvəqqəti olaraq dayandırmaq və hər 3-4 saatdanbir döşü sağmaq lazımdır. Əgər yaranmış çatlar daha ciddidirsə, uşağın həmin döşlə əmizdirilməsini 1-3 gün ərzində saxlamaq, bu müddət ərzində isə çatları müalicə etmək lazımdır. Əgər, əmizdirmənin müvəqqəti dayandırılması və aparılan müalicə nəticəsində çatlar uzun müddət ərzində sağalmazsa, bunun səbəbi bir çox hallarda göbələk və ya stafilokokk infeksiyaları ola bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see354

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see255

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see205

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see203

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see196

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see180

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see173

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see173

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see170

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see168

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see167

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see166

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see165

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see164

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see163

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see163

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see161

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see157

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see155

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri