Icma.az
close
up
RU
Əmizdirmə problemləri: mastit

Əmizdirmə problemləri: mastit

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əmizdirmə zamanı döşdə süd qurğunluğu yarana bilər.

Bu hal laktostaz adlandırılır. Əgər qadın laktostazdan vaxtında azad olmazsa, onda mastit (döşün iltihabı) inkişaf edə bilər. Xəstəlik bədən hərarətinin 38 C və daha çox yüksəlməsi ilə müşayiət olunur, döşün müəyyən bir sahəsində ağrılı və səthində qızartı olan şişkinlik əmələ gəlir. Bir çox hallarda zədələnmiş sahədə olan ağrı gəzərkən, bədənin vəziyyətini dəyişərkən daha kəskin hiss olunaraq, ananı xeyli dərəcədə narahat edir.

Xəstəliyin müalicəsi gün ərzində xəstə döşün 3 dəfə sağılması və uşağın tez-tez əmizdirilməsindən ibarətdir. Hərarətin yüksəlməsi ana üçün dözülməz olduqda, vəziyyətini bir qədər yaxşılaşdırmaq üçün o, parasetamol (və ya parasetamol tərkibli hər hansı hərarətsalan dərman) qəbul edə bilər.

Adətən xəstəliyin 2-ci günü hərarət enir, yaxşılaşma baş verir.

Əgər mastitin əlamətləri ağır şəkildə olmaqla davam edərək 2 gün və daha artıq saxlanmış olarsa, bu, döşdə infeksiyanın düşməsi nəticəsində, infeksiyalaşmış mastitin yaranmasının göstəricisi ola bilər.

İnfeksiyalaşmış mastit – iltihabi prosesdir və təxirə salınmadan müalicə olunmalıdır. Müalicə məqsədi ilə anaya həkim tərəfindən antibakterial preparatlar ("antibiotik") təyin edilir. Bu zaman ana, uşağı əmizdirmək istəyi barədə həkimə mütləq məlumat verməlidir. Bu halda, həkim anaya elə preparat təyin edir ki, əmizdirən ana, uşağın əmizdirilməsindən imtina etməməklə, həmin preparatı qəbul edə bilsin. Antibiotiklərin qəbul edilməsindən sonra qadının vəziyyəti xeyli dərəcədə yaxşılaşmağa başlayır. Bu zaman müalicədən başqa, döşləri gün ərzində 3 dəfə olmaqla “son damlasına qədər” sağmaq da lazımdır.
İnfeksiyalaşmış mastit zamanı isti kompresslərin edilməsi tövsiyə olunmur! Çünki bunun nəticəsində həmin sahədə abses (irinlik) yarana bilər. Aparılan bütün müalicələr mastitin sağalması üçün effektiv olduğu halda, döşlər rahatlaşandan sonra artıq sağmağı dayandırmaq olar.

Mastitin qarşısını almaq üçün analar mütəxəssislərin aşağıdakı tövsiyələrinə əməl etməlidirlər:

- Birinci və ən əsas şərt – döşü körpənizə düzgün şəkildə verin və vaxtaşırı olaraq onun əmizdirilməsi mövqelərini dəyişin. Uşağın istəyi olmadan (özü könüllü şəkildə döş giləsini buraxmadan) döşü ondan almayın. Körpəni müəyyən edilmiş bir qrafik üzrə yox, onun tələbi üzrə əmizdirin.

- Döşün “qayçı” şəklində tutulmasını tətbiq etməyin və döşü uşağın burnunun önündə barmaqla sıxmayın. Əgər sizdə körpənizin narahat nəfəs alması fikri yaranmış olarsa (əksər hallarda bu heç də belə olmur), bu halda onu, sadəcə olaraq, bir qədər aşağıya çəkin.

- Heç bir halda dar büsthalter geyinməyin. Satışda uşaq əmizdirən analar üçün təbii parça materialından hazırlanmış xüsusi yüngül büsthalterlər olur. Axşam yatarkən  büsthalterinizi mütləq çıxarmağı da unutmayın.

- Qarnı üstə (üzüaşağı) yatmayın. Bu vəziyyət döş axarlarının tutulmasına səbəb ola bilər.

- Döşlərinizi müxtəlif xarakterli travmalardan qoruyun.

- Stress vəziyyətlərindən mümkün qədər uzaq durmağa çalışın. Çünki oksitosin hormonu stressə, həyacanlanmalara, ağır fiziki işlərə qarşı çox həssasdır. Hətta anada kifayət qədər süd hazırlanmış olsa da, stress, kifayət qədər oksitosin hormonunun hazırlanmasının qarşısını alaraq, südün normal xaric olmamasına, bu isə döşdə durğunluğa, nəticə etibarı ilə, mastitə səbəb olacaq.

- Əvvəlki dövrlərdə, qadınlar öz nənələrindən tez-tez “döşlərini isti saxla, soyuğa verərsən” kimi xəbərdarlıqlar eşidirdilər. Yəni o zaman belə bir fikir formalaşmışdı ki, qadın özünü soyuğa verdikdən və ya yağışlı havaya düşdükdən sonra onun döşlərində laktostaz əmələ gəlir. İndi isə biz bilirik ki, soyuqlama laktostazın əmələ gəlməsinə səbəb ola bilməz.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri