Icma.az
close
up
RU
Əmlakını kirayə verən şəxslərin NƏZƏRİNƏ: Vergi verilməzsə...

Əmlakını kirayə verən şəxslərin NƏZƏRİNƏ: Vergi verilməzsə...

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Son bir neçə ildir ki, Azərbaycanda, o cümlədən paytaxt Bakıda xeyli sayda insan mənzil problemini ipoteka krediti və digər yollarla həll edib. Bununla belə, ölkədə hələ də evi olmayan minlərlə insan var və onlar adətən başqasının evində kirayəçi kimi yaşayırlar. Azərbaycanda kifayət qədər kirayə bazarının formalaşıb. Amma bu bazarda sövdələşmələrin demək olar ki, hamısı xaotik formada – şifahi razılıq əsında baş tutur. Yəni, evini kirayəyə verən və kirayəyə ev götürən şəxslər bir qayda olaraq müqavilə bağlamırlar. Bu isə həm ev sahiblərinin və kirayəçilərin hüquqları baxımından risk yaradır, həm də kirayə bazarına nəzarət etməyə, bazar iştirakçılarını vergiyə cəlb etməyə mane olur.

Bəs görəsən kirayə müqaviləsi bağlamayan tərəfləri hansı cəza gözləyir? 

 Mövzu ilə bağlı  Vəkillər Kollegiyasının üzvü Emil Aslanov Moderator.az-a danışdı. 

"Əmlakını kirayə verən şəxs ilkin olaraq yazılı şəkildə müqavilə bağlamalıdır. Qanunvericilikdə də yeni Mülki Məcəllədə də qeyd edilir ki, əmlak kirayə müqaviləsi yazılı şəkildə bağlanmalıdır. Notarial qaydada bağlanmasına zərurət yoxdur. Əmlak kirayə verilərkən mülkiyyətçi ordan gəlir əldə edirsə, bu halda Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin 14 faizi miqdarında vergi verməlidir. Bundan əlavə əgər vergidən yayınma halları baş verərsə, yəni vergi verilməzsə, bu halda İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə uyğun olaraq qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma maddəsi ilə inzibati xəta nəticəsində vurulmuş zərərin, yəni gəlirin iki mislindən dörd mislinə qədər cərimə nəzərdə tutulur.

Kirayə yaşayan şəxs həmin əmlakda 60 gündən artıq müddət ərzində yaşayacaqsa bu halda Daxili İşlər Nazirliyinə məlumat verməlidir və həmin mənzilə qeydiyyat müvəqqəti qeydiyyata düşməlidir. Müvəqqəti qeydiyyat o deməkdir ki, yəni daimi qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxmır. Sadəcə, həmin mənzildə yaşadığına görə orda qeydiyyatda durur ki, yəni bu şəxs artıq burada yaşayır. Vətəndaşın müvəqqəti qeydiyyata alınmadığı nəticəsində həmin şəxslərdə İnzibati Xətalar Məcəlləsi ilə cərimə edilə bilər. Yəni həmin maddənin sanksiyasında həm xəbərdarlıq, həm də 30 manat miqdarında cərimə nəzərdə tutulub".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Noyabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see236

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see229

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see197

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see190

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see183

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see171

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see168

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see168

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see165

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see162

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see162

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see161

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see157

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see155

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see154

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see151

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri