Icma.az
close
up
RU
Emreli: “Eminə çatmaq istərdim”

Emreli: “Eminə çatmaq istərdim”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

UEFA Millətlər Liqasında Litva ilə səfərdə 1:1 hesablı heç-heçə edən Azərbaycan milli komandasının yeganə qolunun müəllifi Mahir Emreli qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, hücumçu nəticənin müəyyən qədər ədalətli olduğunu bildirib:

“Nəticə, məncə, müəyyən qədər ədalətli oldu. Amma oyunun bəzi məqamlarına və 100 faizlik qol epizodlarına baxsaq, düşünürəm ki, biz daha çox şans əldə etdik. İlk hissədə topla daha çox nəzarət edən tərəf idik. İkinci yarıda isə rəsmi matçın təzyiqindən bəzi diqqətsizliklər oldu və üstünlük rəqibə keçdi. Buna baxmayaraq, onlara real qol şansı vermədik. Yaxşı epizodlarımız var idi və qalib gələ bilərdik. Xüsusilə bu gün ölkəmizi sevindirmək istəyirdik. Təəssüf ki, heç-heçə alındı, amma artıq bu oyunu unudub qarşıdakı iki matçda qələbə qazanmağa köklənməliyik”.

Hücumçu baş məşqçi Ayxan Abbasovun fasilədə futbolçulara verdiyi tapşırıqları və komandanın göstərdiyi reaksiyanı xüsusi vurğulayıb:

“Baş məşqçimizin ilk qeyd etdiyi məqam qol buraxdıqdan sonra komandanın göstərdiyi reaksiya oldu. Bu, çox vacib idi. Qoldan sonra topu götürüb mərkəzə qaçdım, uşaqlar başlarını yuxarı qaldırdılar və hamımız bir-birimizə dəstək olduq. İkinci hissəyə çıxanda da inanırdıq ki, qolların davamı gələcək. Ayxan müəllim tapşırdı ki, oyuna nəzarət edək, müdafiədə səhvsiz oynayaq. Dedi ki, qol vura bilməsək də, artıq qol buraxmamalıyıq. Meydanda olanlar da, oyuna sonradan daxil olanlar da tapşırığı layiqincə yerinə yetirdilər”.

Emreli xüsusi günlərdə fərqlənməyin onun üçün böyük fəxr olduğunu bildirib:

“Səmimi deyim, əsas motivasiyam qolumun məhz Anım Gününə təsadüf etməsi idi. “Qarabağ”da oynayanda da Şuşanın azad olunduğu gün və ya əsgər salamı verəndə bu hisslərə həxüsusi yanaşmışam. Daxilimdəki vətənpərvərliyi gizlədə bilmirəm. Avropada bunu bəzən fərqli qarşılasalar da, mən belə insanam. Bu qol karyeramda xatırlayacağım ən önəmli qollardan biri kimi qalacaq. Təbii ki, milli komandada bombardirlər siyahısında Emin Mahmudova da çatmaq istəyərdim”.

“FutbolPress”
Kaunas, Litva

Qeyd: Jurnalistlərin Litva səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 Sentyabr 2026 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri