Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Ən böyük elektrik stansiyası

Ən böyük elektrik stansiyası

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyev Mingəçevir şəhərinə səfəri çərçivəsində “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək “8 Noyabr” Elektrik Stansiyasının açılışının çox gözəl hadisə olduğunu bildirib.Ölkə rəhbəri qeyd edib ki, ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir.

Prezident İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının ölkəmizdəki ən böyük elektrik stansiyası olduğunu vurğulayıb. 1880 meqavat gücündə bu stansiya ölkəmizin enerji potensialını təbii olaraq daha da gücləndirəcəyini, enerji sisteminin səmərəliliyini artıracağını bildirib. Ölkə başçısıəlavə edib ki, hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.

“Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq”- deyən Prezident İlham Əliyev ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulduğunu , eyni zamanda, Mingəçevirdə də yenidənqurma işlərinin aparıldığını bildirib.

Dövlətimizin başçısı 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməlinin qoyulduğunu , 2020-ci il iyunun 25-də stansiyaya yeni həyat verildiyini vurğulayıb. Ölkə başçısı həmçinin diqqətə çatdırıb ki, hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur.

Çıxışında ölkəmizin İtaliya və Çinlə olan münasibətlərinə toxunan prezident İlham Əliyev Azərbaycanın hər iki ölkəylə strateji tərəfdaş olduğunu bildirib. İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşı,Çin də ölkəmizin ticarət tərəfdaşları arasında qabaqcıl yerlərdə olduğunu qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl, Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başladığını diqqətə çatdırıb.

Prezident Ilham Əliyev “8 Noyabr” Stansiyasının istismara verilməsinin bir çox məqsədləri təmin edəcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik.

Ölkə başçısı çıxışında Azərbaycanın ətrafında demək olar ki, münaqişələrin səngimədiyini, əksinə, yeni münaqişə zonalarının açıldığını bildirib. “Biz də müharibə nədir, yaxşı bilirik”- deyən Prezident İlham Əliyev torpaqlarımızın uzun illər işğal altında olduğunu və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxladığını, hətta Mingəçevirə də öz raketlərini göndərməyi də unutmadığını bildirib.

Çıxışında Ermənistanın hərbi cinayətlərinə toxunan dövlətimizin başçısı İkinci Qarabağ müharibəsindən əvvəl ölkəmizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistanın Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdiyini,bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutu olduğunu diqqətə çatdırıb. Bunun, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz və hərbi cinayət olduğunu bildirib. Ermənistanın hərbi cinayətlərinin təkcə bununla məhdudlaşmadığını söyləyən Prezident İlham Əliyev qeyd edib ki, həm Xocalı soyqırımını törədən, həm işğal dövründə bizim yaşayış məntəqələrimizi yerlə-yeksan edən, eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Mingəçeviri, Bərdəni, Tərtəri, Ağdamı və münaqişə zonasından kifayət qədər uzaqda yerləşən bir çox yaşayış məntəqələrini atəşə tutan Ermənistan hərbi cinayətkar dövlətdir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 İyun 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see657

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see467

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see329

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see326

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see325

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see312

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see295

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see277

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see267

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see251

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see242

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see236

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see229

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see229

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see225

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see209

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see206

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see202

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see196

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri