Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru ayrı-ayrı ərazilərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur.
Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12–16, gündüz 18–21 dərəcə isti təşkil edəcək. Nisbi rütubət 70–80 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların intensiv leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Axşam yağıntılar bir qədər güclənəcək.
Bəzi yerlərdə arabir duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9–14, gündüz 18–23, dağlarda gecə 3–8, gündüz 12–17 dərəcə isti olacaq.
Baxış sayı:97
Bu xəbər 04 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















