Icma.az
close
up
RU
Ən böyük ibadət sevə bilməkdir... Eşqi nəql edən gecə

Ən böyük ibadət sevə bilməkdir... Eşqi nəql edən gecə

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Günel Mehrinin "Hicaz" qrupunun konsertindən təəssürat ayzısını təqdim edir.

"Bilirsəmi? Ən böyük ibadət – sevə bilməkdir..."

Yunus Əmrə

- Bu havada konsert olar? Camaat evdən bayıra addım atmır.

-Bu, sadəcə, konsert deyil ki.

- Bəs nədir?

- Ruhun terapiyası...

Qarlı-şaxtalı bir qış axşamı... Fevral cənabları gethagetdə Bakını ağ libasa bürüyüb. Yollar, izlər donub. Üşüyürəm və üşüyə-üşüyə "Hicaz" qrupunun görüşünə gedirəm. Ruhumu isitmək üçün... Nə yaxşı ki, gedirəm. Allah bilir, bayırda mənfi neçə dərəcə soyuq var. Amma dəqiq bilirəm ki, içəridə məni musiqinin və poeziyanın zərrə-zərrə ötürdüyü hərarət gözləyir...

Mədəniyyət Mərkəzinin foyesində iynə atsan, yerə düşməz. Demək, hicazsevərlər elə mənim kimi qara, soyuğa baxmadan onun işığına toplaşıb. İşıq demiş, əyləşən kimi görürəm ki, səhnədə qurulmuş dekordakı “Hicaz” sözünə Simurq quşu qonub. Əfsanəyə görə, hər dəfə yanıb-yanıb küllərindən doğulan bu mifik quş xeyirxahlığın simvolu sayılır. Zənnimcə, bu bənzətmə təsadüfi deyil. "Hicaz" qrupunun ifalarına efirdən və tədbirlərdən bələdəm. Xatirimə gəlir ki, illərdən bəri fəaliyyət göstərən qrupun tərkibi zaman-zaman dəyişib. Kimlər gəlib, kimlər gedib bu kollektivdən. Əcəlin alıb apardığı Novruz Novruzlu, Sabir Tarverdiyev... Hər biri də zamanında öz musiqi bilgiləri və ifaları ilə nə qədər dəyər qatıb "Hicaz"a...


İşıqlar sönməmiş təşkilatçı Ruslan Hacıyevlə Xalq artisti, xoreoqraf Rüfət Xəlilzadə gözümə dəyir. İkisi də həyəcanlı görünür. Görünür, "Hicaz" qrupunun ilk solo konsertinin hazırlanmasında onların da böyük rolu var. Maraqlıdır, həmişə təvazökarlıq göstərib sakitcə musiqilərini ifa edən qrup bu dəfə nələr göstərəcəkdir? Elə bu məqamda konsertin quruluşçu rejissoru Mir Sahib Qabiloğlu səhnəyə çıxıb hər kəsi salamlayır və qrup haqqında qısa arayış verir. Bu arayışda mənim diqqətimi çəkən “Hicaz” sözünün mənasıdır. Deyir ki, Hicaz – vaxtilə Məkkə və Mədinə ərazisinə deyərdilər. Həcc səfəri “Hicaz yolu” adlanırdı. Mənim bildiyimə görə isə Hicaz – muğamlarımızdan birinin adıdır. Ərəbcədən tərcüməsi isə “maneə” deməkdir. Qrupun adının etimologiyasına belə diqqətlə varmağım da təsadüfi deyil. Görünən odur ki, bu qrup tutduğu yolla adının bütün mənalarına xidmət göstərir. İstər ifalarda olan Allah eşqi ilə, istər muğamla cazın sintezi ilə, istərsə də qeyri-peşəkar və zövqsüz musiqilərə fəaliyyətlərində maneə yaratmaqla...

...Və konsert başlayır. Özü də söz xiridarı Nəsiminin qəzəli ilə. Konsert boyu musiqiləri ara-sıra iki qiraətçinin – Abdulqəni Əliyev və Mir Sahib Qabiloğlunun sirayətedici ifaları müşayiət edir. Onlar musiqiçilərin arxasında dayanıb gah Mövlanədən, Yunus Əmrədən, Hüseyn Caviddən, gah Səlim Babullaoğludan, gah da türk ədəbiyyatından sitatlar səsləndirirlər. Həzin, sadə və təsirlidir. Bir yandan da musiqinin ədəbiyyatla qovuşmasını izləmək zövq verir. Bu qovuşmada mübarizədən əsər-əlamət yox. Nə poeziya qələbə çalır, nə də musiqi. Bir təslimiyyət var sanki İlahi eşqə doğru yönəlmiş. Və zalda əyləşənləri də eşqin bu nəqli aramla öz ağuşuna alır. Qrupun solisti Nahidə Eminovanın ecazkar səsi ilə musiqilərin rəngi dəyişdikcə tamaşaçılar təbdən-təbə düşürlər. Zərb alətinin arxasında əyləşən "Hicaz" qrupunun bədii rəhbəri Eyvaz Həşimov isə konsertin sonuna kimi gözə görünməsə də, peşəkar ifası ilə sözünü deyir. Burada caz da var, muğam xalları da, retro musiqlərimiz, xalq mahnılarımız, hətta şanson nəğmələri də... Elə buna görə də, hər nömrədə bir musiqiçinin möhtəşəm performansı parlayır. Tamaşaçılar gah klavişdə heyrətamiz gəzişmələr edən Elnur Hüseynovun barmaqlarını, gah bas gitara və ya udda Azad Yusubovun riqqətə gətirən ifalarını, gah da tarın kədərini dilləndirən Əliağa Sədiyevlə kamança ifaçısı Niyaməddin Allahverdiyevi alqışlayırlar. Amma musiqiçilərin bu çılğınlıqları ümumi harmoniyanı pozmur və qrupun bütöv ahənginə xidmət edir. Zaman-zaman Nəzakət Teymurova, Eyyub Yaqubov, Teyyub Aslanov, Vaqif Əsədov kimi sənətçilər konsertə özünəməxsus ifaları ilə rəng qatırlar. Sonra səhnədə rəqqaslar peyda olur. Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları bədii rəhbər Rüfət Xəlilzadənin quruluş verdiyi çox fərqli, milli çalarlarla zəngin, amma müasir üslubda bir rəqs təqdim edirlər. Bu təqdimat konsertin ümumi vəhdətinə gözəl bir pay bəxş edir.


Konsertin bir dəyərli tərəfi də odur ki, burada həmişə eşitmədiyimiz, hətta unutduğumuz qəzəllər, nəğmələr səsləndirilib yaddaşımızı təzələyir. Bu mənada, elə konsert gedə-gedə Vaqif Mustafazadəni, Rafiq Babayevi rəhmətlə anıram. Çünki Azərbaycan musiqi tarixinə məhz onlar bu cür sintezlər bəxş edərək, xalq musiqmizlə cazı qovuşdurmuşdular. Elə bilirəm, Hicaz qrupu da onların bir vaxtlar açdığı cığırla addımlaya-addımlaya öz yolunu tutub...

Sona doğru, nəhayət, Hicazın bədii rəhbəri Eyvaz müəllim tamaşaçıların qarşısına çıxır və onlara vaxt ayırıb gəldikləri üçün təşəkkür edir. Onun sözlərindən sonra fikrə dalıram: “Əslində insanın kisəsindən ən çox gedən vaxt da deyil, enerjidir. Xərclənən enerjinin geri dönməsi üçün sən gördüyün işlərdən, ünsiyyət qurduğun insanlardan, getdiyin məkanlardan zövq almalısan. Əks təqdirdə tükənirsən. Çünki bu dünya bumeranq mexanizmi ilə çalışır. Yəni qarşılıqlı enerji mübadiləsi düşündüyümüzdən önəmlidir. Demək, tək ötürməklə deyi, həm də qəbul etməklə daxili harmoniya və xoşbəxtlik hasil olur. Nə xoş ki, keyf aldığımız işlər, insanlar və məkanlar var. Nə xoş ki, buradayam. Nə xoş ki, bu müsbət enerji mübadiləsində mənim də iştirakım oldu... Eşq olsun Hicaza...”

...Konsert isə bu misralarla bitir: “Ən böyük ibadət sevə bilməkdir...” Məncə, eşqi nəql edən bir gecə üçün bundan gözəl sonluq ola bilməzdi. Çünki əminəm, həmin axşam ora toplaşan ifaçılar da, tamaşaçılar da əhli-eşq idi...

"Həkimlər deyir ki..." - Faytonçu Nazimin vəziyyəti necədir? Xankəndidə dalğalanır Azərbaycan bayrağı! - Nazim Hüseynlinin şeirləri Alimlər Da Vinçinin əsərlərindəki gizli riyaziyyatı kəşf etdilər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Mart 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri