Icma.az
close
up
RU
“Ən böyük müqavilə” imzalandı

“Ən böyük müqavilə” imzalandı

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şotlandiyada Aİ-nin ABŞ-a ixracının əksəriyyəti üçün 15 faiz vahid tarif dərəcəsi barədə razılığa gəlinib

Avropa İttifaqı (Aİ) ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında uzun müddət idi ki, ticarət razılaşması ətrafında müzakirələr aparılırdı. Artıq gömrük mübahisələrinə son qoyulduğu fikrini ifadə etmək mümkündür. Belə ki, tərəflər bugünlərdə ticarət sazişini imzalayıblar. Bu, ABŞ prezidenti Donald Trampla Avropa Komissiyasının (AK) sədri Ursula ?on der Leyen arasında Şotlandiyada keçirilən görüşdə baş tutub.
Tərəflər nəyi razılaşdıra bilmirdilər və nələri razılaşdırdılar?
Gömrük tariflərinin razılaşdırlması xüsusilə də Avropa İttifaqı üşün müstəsna önəm daşıyırdı. Aİ-nin danışıqlardakı əsas məqsədi  ABŞ rəhbərliyinin əvvəlcə təklif etdiyi 30 faizlik tarifdən xeyli aşağı səviyyəli nəticə əldə etmək idi. Ursula Fon der Lyayen görüş ərəfəsində mümkün razılaşmanı “bizim hər birimizin indiyədək imzaladığı ən böyük müqavilə” adlandırmışdı.
Qeyd edək ki, Aİ bu razılaşmaya nail olmasaydı, ticarət mübahisəsinin daha da alovlanması riski yaranacaqdı. Belə ki, Prezident Donald Tramp qarşı tərəfin güzəştə getməyəcəyi təqdirdə avqustun 1-dən etibarən əlavə gömrük tarifləri tətbiq edəcəyini bildirmişdi. O, bu siyasəti ticarət balansındakı qeyri-bərabərliyi aradan qaldırmaq və istehsalı ABŞ-a geri qaytarmaq niyyəti ilə izah edirdi.
Avropa Komissiyası isə tətbiq edilən gömrük rüsumlarını haqsız sayır və onların Ümumdünya Ticarət Təşkilatının (WTO) qaydalarına uyğun olmadığını bildirirdi. Aİ razılığın əldə olunmayacağı təqdirdə, ABŞ-a qarşı tətbiq olunacaq 93 milyard avroluq əks rüsumlardan ibarət tədbirlər paketini 27 üzv ölkə arasında razılaşdırmışdı. Həmin tədbirlər paketinin avqustun 7-dən tətbiq olunması gözlənilirdi.
Avropa İttifaqı  razılaşmanın əldə olunmasına, necə deyərlər, tələsirdi. Bir çox üzv dövlətlər ticarət qarşıdurmasının daha da dərinləşməsini yüksələn gömrük tariflərindən daha ciddi təhlükə kimi qiymətləndirirdilər. Almaniya Kansleri Fridrix Merts son aylarda sürətli razılaşmanın vacibliyini dəfələrlə vurğulayaraq, uzun və çətin danışıqlardansa, tez və sadə həll yolunun daha məqsədəuyğun olduğunu açıqlamışdı.

Şotlandiyada imzalanan sənədə əsasən bir sıra prinsipial razılaşmalar əldə olunub. “Razılaşma qeyri-müəyyən zamanlarda müəyyənlik yaradır. O, Atlantikanın hər iki tərəfindəki vətəndaşlar və bizneslər üçün sabitlik və proqnozlaşdırılan durumu təmin edir”. Bunu Avropa Komissiyasının sədri Ursula Fon der Leyen mətbuata verdiyi bəyanatında bildirib. Fikirlərinə davam edən Avropa Komissiyasının sədri vurğulayıb: “Bu, dünyanın iki ən böyük iqtisadiyyatı arasında bir sövdələşmədir. Biz ildə 1,7 trilyon dollar həcmində ticarət edirik. Birlikdə biz 800 milyon insanı və dünya ÜDM-nin təxminən 44 faizini əhatə edən bir bazarı təmsil edirik”.
O, sövdələşmənin bəzi detallarını açıqlayıb. Belə ki, tərəflər Aİ-nin ABŞ-a ixracının əksəriyyəti üçün 15 faiz vahid tarif dərəcəsi barədə razılığa gəliblər. Bu dərəcə avtomobillər, yarımkeçiricilər və əczaçılıq məhsulları da daxil olmaqla, demək olar ki, bütün sektorlara tətbiq olunur. Və heç bir əlavə ödənişlər olmadan aydın bir tavanı təmsil edir.

“Biz, həmçinin bir sıra strateji məhsullar üçün sıfır tariflər barədə razılığa gəldik. Bura bütün təyyarələr və komponentlər, müəyyən kimyəvi maddələr, bəzi dərmanlar, yarımkeçirici avadanlıqlar, bəzi kənd təsərrüfatı məhsulları, təbii ehtiyatlar və kritik xammal daxildir”, - deyə Ursula Fon der Leyen bildirib və qeyd edib ki, siyahı genişlənəcək. “Polad və alüminium üzrə Aİ və ABŞ qlobal həddən artıq istehsal kimi ümumi xarici problemlə üzləşirlər. Buna görə də tərəflər ədalətli qlobal rəqabəti təmin etmək üçün birlikdə çalışacaqlar”, - deyə avropalı diplomat qeyd edib.
Həmçinin AB Rusiya qazı və neftini Amerika mayeləşdirilmiş təbii qazı, nefti və nüvə yanacağının əhəmiyyətli alışları ilə əvəz edəcək.

“Aİ pis şərtlər əldə edib”

Tarixi ticarət sazişi imzalansa da, ona qarşı etirazlar da az deyil. Fransız sağçı “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen Avropa İttifaqı  ilə ABŞ arasında yeni ticarət sazişini kəskin tənqid edib. O, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, Ursula Fon der Leyenin Donald Trampla bağladığı ticarət sazişi Aİ üçün “siyasi, iqtisadi və mənəvi fiasco”dur.
“Siyasi nöqteyi-nəzərdən bu, bir uğursuzluqdur, çünki 27 üzvü olan Avropa İttifaqı Böyük Britaniyadan daha pis şərtlər əldə edib”, - deyə  Le Pen yazıb.
Onun iddiasına görə, saziş Aİ-ni ABŞ-dan hər il yüz milyardlarla avro dəyərində sıxılmış qaz və silah idxal etməyə məcbur edir ki, o bunu iqtisadi uğursuzluq və Fransanın sənayesi, eləcə də ölkənin enerji və hərbi sektoru üçün “təslim olmaq” adlandırıb.
Le Pen, həmçinin alman avtomobil sənayesi üçün rüsumların azaldılması naminə Fransız fermerlərin maraqlarının qurban verilməsindən narazılığını ifadə edib.
“Avropa İttifaqı (Aİ) ABŞ ilə sövdələşmədən sonra əsas maraqlarını qorumağı və lazımsız eskalasiyadan qaçmağı bacardı, lakin Berlin daha çox güzəştlərin əldə olunacağını gözlənilirdi”. Almaniya kansleri Fridrix Merts isə ABŞ və Aİ arasında əldə olunan razılaşmanı şərh edərkən belə bəyanatla çıxış edib.
“Mən, şübhəsiz ki, transatlantik ticarətdə daha çox güzəştlər gözləyirdim”, - o bildirib.
Kansler vurğulayıb ki, “proqnozlaşdırıla bilən ticarət əlaqələrindən Atlantikanın hər iki tərəfində həm şirkətlər, həm də istehlakçılar qazanır”.

Qlobal iqtisadiyyatın itkiləri

2027-ci ilə qədər ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar səbəbindən dünya iqtisadiyyatı böhranaqədərki ssenariyə nisbətən 2 trilyon dollar itirə bilər, lakin uzunmüddətli perspektivdə zərərin bir hissəsi istehsal zəncirlərinin yenidən qurulması ilə kompensasiya olunacaq.

Bu qiymətləndirməni “Bloomberg Economics” aparıb. “Nəticədə rüsumlar hər kəsin qorxduğu qədər yüksək olmaya bilər. Lakin mahiyyətcə bu, qlobal ticarət mexanizmlərini çirkləndirən bir vergidir”, - deyə “Oxford Economics”in aparıcı iqtisadçısı Daniel Harenberg bildirib. O, həmçinin qeyd edib ki, belə siyasət investisiyalara zərər verir.
“Bloomberg” yazır ki, ABŞ-da rüsumların səviyyəsi hazırda 1930-cu illərdən etibarən ən yüksək həddədir və Trampın prezidentlik müddətinin əvvəlində olan göstəricidən, demək olar ki, 6 dəfə çoxdur. Agentliyin iqtisadçıları ABŞ-ın orta rüsumunu keçən ildəki 2,5 faizə qarşı 13,5 faiz olaraq qiymətləndirirlər. Aİ ilə rüsumlar haqqında saziş bağlandıqdan sonra göstərici 16 faizə qədər artacaq.


Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 İyul 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see268

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see183

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see175

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see164

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri