Icma.az
close
up
RU
Ən böyük silahlı qarşıdurma: Ukraynada nə baş verir? KONKRET

Ən böyük silahlı qarşıdurma: Ukraynada nə baş verir? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dörd il əvvəl Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladı. Müharibə Kiyev, Xarkov, Odessa və digər şəhərlərin bombalanması ilə start götürdü. Rəsmi Moskva bunu “xüsusi hərbi əməliyyat” adlandırsa da, proses qısa müddətdə Avropada İkinci Dünya müharibəsindən sonra ən böyük silahlı qarşıdurmaya çevrildi.

KONKRET.az xəbər verir ki, aradan keçən dörd il ərzində bir çox “psixoloji hədd” və simvolik tarixlər geridə qalıb. Müharibənin ilk günlərində Rusiyanın “ildırımsürətli əməliyyat” planlaşdırdığı, “Kiyev üç günə” kimi iddiaların səsləndirildiyi xatırlanır. Həmin vaxt bir çoxları Rusiyanın sürətli qələbə qazanacağını proqnozlaşdırırdı. Lakin hadisələrin gedişi fərqli oldu: Ukrayna ordusunun müqaviməti gözləniləndən güclü çıxdı, Qərb ölkələri isə Kiyevə hərbi və maliyyə dəstəyini artırdı.

Bu gün cəbhə xəttində vəziyyət tez-tez dəyişsə də, müharibənin nəticələri yalnız xəritədəki oxlarla ölçülmür. Ukrayna dörd il ərzində ordusunu yenidən qurmağa, hərbi-sənaye kompleksini inkişaf etdirməyə nail olub. Xüsusilə pilotsuz uçuş aparatlarının yeni modifikasiyaları döyüş meydanında geniş tətbiq olunur.

Ekspertlər artıq müasir müharibə taktikası və strategiyasında ciddi dəyişikliklərin baş verdiyini bildirir, zirehli texnikanın əvvəlki rolunun sual altına düşdüyünü qeyd edirlər.

Ukrayna xüsusi xidmət orqanlarının Rusiya ərazisinin dərinliklərində həyata keçirdiyi əməliyyatlar, hərbi və enerji infrastrukturuna endirilən zərbələr də diqqət çəkir. Rusiya isə əsasən kütləvi hücum taktikasına üstünlük verir. Analitiklərin fikrincə, tərəflər arasında yanaşma fərqi açıq şəkildə görünür.

Müharibənin siyasi və iqtisadi nəticələri də getdikcə daha aydın hiss olunur. 2014-cü ildən başlayan qarşıdurma dövründə Rusiya Avropanın enerji bazarında mühüm mövqeyə malik idi. Bu gün isə Avropa ölkələri alternativ mənbələrə yönəlib, Rusiyanın enerji ixracından əldə etdiyi gəlirlər azalıb. Sanksiyalar uzunmüddətli təsir göstərməkdə davam edir və iqtisadi təzyiq tədricən dərinləşir. Sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, hətta Moskvada belə xidmət və əyləncə sektorunda gəlirlər azalır ki, bu da əhalinin alıcılıq qabiliyyətinin zəifləməsinə işarə kimi qiymətləndirilir.

Eyni zamanda, Rusiyanın Qərbdə və postsovet məkanında formalaşdırdığı təsir mexanizmlərinin də zəiflədiyi bildirilir. Ölkənin beynəlxalq imici son illərdə ciddi zərbə alıb və bir sıra dövlətlər Moskva ilə münasibətlərinə yenidən baxmağa başlayıblar.

Dörd ilin yekunları göstərir ki, müharibə yalnız cəbhə xəttində deyil, siyasi, iqtisadi və geosiyasi müstəvidə də dərin dəyişikliklərə səbəb olub. Qarşıdurmanın gələcək inkişaf trayektoriyası isə hələ də qeyri-müəyyən olaraq qalır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Fevral 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri