Icma.az
close
up
RU
Ən çox bu məhsullar saxtalaşdırılır Siyahı

Ən çox bu məhsullar saxtalaşdırılır Siyahı

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar spirtli içkilər, bal, kürü və kənd toyuğudur.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend İnformasiya Agentliyinə və Xəzər TV-yə birgə müsahibəsində deyib.

Qoşqar Təhməzlinin sözlərinə görə, 4 tona yaxın saxta bal aşkarlanıb:

"Dünyada ən çox saxtalaşdırılan məhsullar alkoqollu içkilərdir. Azərbaycanda da alkoqollu içkilərin saxtalaşdırılması hallarına çox rast gəlinir. Eyni zamanda, qida məhsullarının saxtalaşdırılması halları da kifayət qədər çoxdur. Hazırda, xüsusilə, qara kürünün saxtalaşdırılması ilə bağlı hallara tez-tez rast gəlirik. Bu sahədə əsasən iki növ saxtalaşdırma müşahidə olunur. Birinci halda müxtəlif mənşəli qara kürü Azərbaycan nərə balığına məxsus kürü kimi qablaşdırılır və istehlakçı aldadılır. Yəni mənşəyi başqa ölkə olan məhsul Azərbaycan nərə balığının kürüsü kimi təqdim edilir. İkinci istiqamət isə süni kürü ilə bağlıdır. Burada xüsusi olaraq qeyd etmək istəyirəm ki, süni kürünün istehsalı və ya ölkəyə idxalı qadağan deyil. Bu, qanunvericiliyə uyğun qida məhsuludur. Sadəcə, məhsul öz adı ilə - yəni "süni kürü" kimi satışa çıxarılmalıdır. Problem ondan ibarətdir ki, bəzi hallarda, xüsusilə, restoran və şadlıq saraylarında istehlakçılar aldadılaraq həmin məhsul təbii qara kürü adı altında təqdim edilir. Bu hal insan sağlamlığı baxımından təhlükəsi olmasa da, istehlakçı hüquqlarının pozulması baxımından ciddi qanun pozuntusudur və Agentlik tərəfindən belə hallara qarşı müvafiq tədbirlər görülür".

AQTA sədrinin sözlərinə görə,163 qida obyektində, o cümlədən ticarət və ictimai iaşə müəssisələrində saxta spirtli içkilər aşkarlanıb. Həmin məhsullar ekspertizadan keçirilib, göstəriciləri müəyyən edilib, dövriyyədən çıxarılaraq məhv olunub:

"Bal məhsulları ilə bağlı da qeyd etdiyim kimi, Agentlik tərəfindən təxminən 4 tona yaxın saxta bal aşkarlanıb və 2 tona yaxını məhv edilib. Qara kürü ilə bağlı isə qeyd etdiyim iki istiqamət üzrə ümumilikdə 10 ərzaq bazarında, 8 ticarət obyektində, 14 idxal anbarında və 61 ictimai iaşə müəssisəsində yoxlamalar aparılıb. Nəticədə bəzi obyektlərdə başqa mənşəli kürünün Azərbaycan nərə balığının kürüsü adı altında satıldığı müəyyən edilib və tərəfimizdən həmin halların qarşısı alınıb.

Saxtalaşdırma hallarından biri də "kənd toyuğu" adı altında müxtəlif toyuqların rənginin dəyişdirilərək satışa çıxarılmasıdır. Bəzi hallarda qida sənayesində istifadəsi qadağan olunmuş toksik rəngləyicilərdən istifadə edilməklə toyuqların dərisi daha tünd sarı rəngə boyanır və məhsul kənd toyuğu kimi istehlakçılara təqdim olunur. Bu cür halların da qarşısının alınması istiqamətində Agentlik tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 İyun 2026 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

5 ildir kaşkilərlə yaşayıram Video

28 Sentyabr 2026 23:26see141

Monteneqrodan son dəqiqə şoku: Ermənistan məğlub oldu

29 Sentyabr 2026 00:07see141

Ronaldu gənc azarkeşini sevindirdi

28 Sentyabr 2026 23:10see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri