Icma.az
close
up
RU
Ən çox konklav təcrübəsi olan 5 kardinal seçici

Ən çox konklav təcrübəsi olan 5 kardinal seçici

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Vatikan, 8 may, AZƏRTAC

Sikstin Kapellasında başlayan və 267-ci Roma Papasının seçilməsi üçün keçirilən konklavda (seçki) yaşı 80-dən aşağı və seçkiyə qatılmaq hüququ olan 133 kardinal səs verir.

AZƏRTAC xəbər verir ki, seçki prosesində mühüm təcrübəyə malik 5 kardinal seçici var. Yaşı 79 olan Sarayevonun keçmiş arxiyepiskopu Vinko Pulyiç 1994-cü ildə kardinal olub. O, təxminən 31 ildir kardınal seçicidir, iki konklavda iştirak edib: 2005-ci ildə XVI Benedikt seçilən konklav və 2013-cü ildə Papa Fransisk seçilən konklav. Vinko Pulyiç budəfəki konklavda cəmi dörd ay fərqlə səs verə bilir. Sentyabrın 8-də onun 80 yaşı tamam olacaq və Papa seçmək hüququnu itirəcək.

76 yaşlı qanalı kardinal Peter Turkson 2009-2017-ci illərdə Pontifik Ədalət və Sülh Şurasının prezidenti olub. Papa Fransisk 2020-ci ildən etibarən onu İnteqral İnsan İnkişafının Təşviqi üzrə dikasteriyanın ilk prefekti təyin edib. O, 2022-ci ildən Papa Elmlər Akademiyasının və Pontifik Sosial Elmlər Akademiyasının rəhbəridir.

Yaşı 76 olan kardinal Yosif Bozaniç Zaqrebin keçmiş arxiyepiskopu olub. O, xorvat kilsəsi və dövlət arasında dialoqda, ədalət və sülhün təşviqində xidmətlər göstərən görkəmli şəxsiyyətdir. Yosif Bozaniç uzun illər Xorvatiya Yepiskopları Konfransının prezidenti kimi də fəaliyyət göstərib.

74 yaşlı kardinal Filip Barbarin 2002-ci ildən 2020-ci ilədək Lyon arxiyepiskopu olub. O, Fransanın protektoratı olan Mərakeşin Rabat şəhərində anadan olub, Madaqaskarda missioner və ilahiyyat professoru kimi xidmət edib.

Budapeşt arxiyepiskopu 72 yaşlı macar kardinal Peter Erdo illərdir Macarıstan və Avropa yepiskoplarının konfranslarına rəhbərlik edən kanonist və akademikdir. O, kanon hüququ və mənəviyyat sahələrində 250-dən çox tədqiqatın müəllifidir. 2005-ci və 2013-cü il konklavlarından əlavə o, bir sıra sinodlarda iştirak edib.

Dörd kardinal seçici - Peter Turkson, Yosif Bozaniç, Filip Barbarin və Peter Erdo 2003-cü ildə Kardinallar Kollegiyasına üzv olublar və bundan əvvəl iki konklavda iştirak ediblər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 05:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri