Icma.az
close
up
RU
Ən çox sevilən 5 BÜRC

Ən çox sevilən 5 BÜRC

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Bürclərin xarakter xüsusiyyətləri onların münasibətlərindən tutmuş həyat tərzinə qədər bir çox sahəyə təsir edir. Kimisi pozitivliyi ilə tanınır, kimisi macəra axtarışındadır, bəziləri isə qayğıkeş və şəfqətli xarakteri ilə seçilir.

Metbuat.az xarici KİV-ə istinadən ən həyat dolu, ən macərapərəst, ən şəfqətli, ən cəsur və ən sosial bürcləri təqdim edir.

Ən həyat dolu bürc: Şir

Od ünsürünə aid olan Şir bürcü çox pozitiv və həyat dolu olur. Xüsusilə Şir qadınları dostcanlı xasiyyətlərinə görə ətraflarında həmişə çoxlu dost toplayırlar. Gülərüz və səmimi görünüşləri ilə hər zaman ətrafa sevinc saçırlar. Onlarla vaxt keçirmək həmişə xoşdur. Şir bürcünün idarəçi planeti Günəşdir, buna görə də insanlar onları tez-tez axtarır, tədbirləri də çox zaman onlarla birlikdə təşkil edirlər.

Şir bürcü ən çox Qoç və Oxatan bürcləri ilə uyğun gəlir. 23 iyul – 22 avqust tarixlərində doğulanlar bu bürcə aiddir.

Ən macərapərəst və əyləncəli bürc: Oxatan

Şirlər kimi Od ünsürünə mənsub Oxatanlar da daim hərəkətdə və macəra axtarışındadır. Onlar əylənməyi, səyahət etməyi çox sevirlər və partilərdə axtarılan simalardandırlar. Cəsarətli və bir qədər sərbəst xarakterlərinə görə bəzən hər kəsə uyğun gəlməsələr də, ümumilikdə çox sevilirlər. Onların hara gedəcəklərini əvvəlcədən bilmək çətindir və bu da onlarla vaxt keçirməyi maraqlı edir.

Oxatan bürcü ən çox Qoç, Əkizlər və Tərəzi ilə uyğun gəlir. İdarəçi planeti Yupiterdir, 22 noyabr – 21 dekabr tarixlərində doğulanlar bu bürcə mənsubdur.

Ən şəfqətli bürc: Balıqlar

Balıqlar insanlara analıq hissi ilə yanaşan, empati qabiliyyəti yüksək bürcdür. Sezgiləri güclüdür və insanlara həmişə dəstək ola bilirlər. Sakit təbiətləri və mehriban davranışları onları dost dairəsində sevilən edir. Çox vaxt hər kəsin “dostu” olurlar və dostlarını ürəkdən sevərlər.

Su ünsürünə aid olan Balıqlar ən çox Buğa, Xərçəng və Əqrəb bürcləri ilə uyğun gəlirlər. İdarəçi planeti Neptundur, 19 fevral – 20 mart tarixlərində doğulanlar bu bürcə aiddir.

Ən cəsur bürc: Qoç

Qoç bürcləri cəsarətləri ilə seçilirlər. Enerjili və təşəbbüskar olduqları üçün insanların diqqətini üzərlərinə çəkə bilirlər. Aslanlar kimi diqqət mərkəzində olmağı sevirlər və daha çox maraq görəcəkləri yerlərdə olmağa üstünlük verirlər. Müstəqil xarakterləri onlara fərqli bir aura qatır.

Od ünsürünə mənsub Qoçun idarəçi planeti Marsdır. Ən çox Şir, Oxatan və Əkizlərlə uyğun gəlir. 21 mart – 20 aprel tarixlərində doğulanlar bu bürcə daxildir.

Ən sosial bürc: Əkizlər

Əkizlər ünsiyyəti, söhbəti və insanlarla tanış olmağı çox sevirlər. Dost qazanmaqda çətinlik çəkmirlər. Sərbəst və dəyişkən xarakterlərinə görə tez-tez mühit dəyişirlər, amma hər yerdə sevilməyi bacarırlar. Onlar həm üzbəüz, həm də onlayn mühitlərdə yeni tanışlıqlar qurmağı sevirlər.

Əkizlər ən çox Tərəzi, Şir və Dolça bürcləri ilə uyğun gəlirlər. Hava ünsürünə aid olan bu bürcün idarəçi planeti Merkuridir. 21 may – 20 iyun tarixlərində doğulanlar Əkizlər bürcüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Avqust 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see490

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see398

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see305

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see270

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see261

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see229

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see220

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see213

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see206

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see193

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see189

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see185

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see185

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see182

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see181

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see180

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see173

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see166

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see162

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri