Ən çox oyun şansı qazanan gənc oyunçular kimlərdir?
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Barselona"nın ulduz futbolçusu Lamin Yamal son bir il ərzində ən çox oyun vaxtı qazanan gənc futbolçuların siyahısına başçılıq edir.
QOL.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) təqdim etdiyi statistikaya görə, 18 yaşlı vinger meydanda ümumilikdə 4873 dəqiqə keçirib.
Bu göstərici üzrə ikinci pillədə "Bornmut"un 19 yaşlı hücumçusu Rayan (4844 dəqiqə) qərarlaşıb. İlk üçlüyü 4635 dəqiqə oyun şansı ilə "Barselona"nın mərkəz müdafiəçisi Pau Kubarsi tamamlayır.
Qeyd edək ki, Lamin Yamal cari mövsümdə bütün turnirlərdə çıxdığı 43 matçda 22 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniyalı oyunçunun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 14 Aprel 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















