Icma.az
close
up
RU
Ən çox qazanan Azərbaycan idmançıları 2 milyon 525 min ARAŞDIRMA

Ən çox qazanan Azərbaycan idmançıları 2 milyon 525 min ARAŞDIRMA

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü ildə fərdi olimpiya növlərində ən çox mükafat qazanan Azərbaycan idmançıları bəlli olub.

İdman.biz təmsilçilərimizin ötən il əldə etdiyi açıqlanan rəsmi qazanca görə liderləri müəyyənləşdirib.

Ən çox mükafat alan “Top-7”-də Paris-2024 Yay Olimpiya Oyunlarının medalçıları yer alıblar. Onlara dövlət və Milli Olimpiya Komitəsi (MOK) tərəfindən bu medala görə böyük mükafat verilib.

Müxtəlif federasiyalar, sponsorlar və digər açıqlanmayan mənbələrdən olan qazancları nəzərə almasaq, Hidayət Heydərov ilin ən zəngin idmançısı olub.

Olimpiya, dünya və Avropa, həmçinin “Böyük dəbilqə” çempionluğu ilə “qızıl poker” edən cüdoçu təkcə ölkəmizdən deyil, beynəlxalq qurumlardan da mükafatlar alıb. Digər cüdoçumuz Zelim Kotsoyev ikincidir. Alfonso Dominqes İBA Çempionlar gecəsindəki iştirak üçün aldığı qonorar hesablanmadan da üçüncüdür.

“Top-7”də yer alan idmançıların ümumi mükafatları 2 milyon 524 min 775 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycanda futbolçuların mükafat və ümumi qazancları rəsmən açıqlanmadığı üçün komanda idman növləri nəzərə alınmayıb.

1. Hidayət Heydərov (cüdo) – 692 min 372 manat
Olimpiya çempionu (dövlət) – 400 min manat
MOK - 200 min manat
Dünya çempionu (dövlət) – 20 min manat
Dünya çempionu (İJF) – 26 min avro (48 min 97 manat)
Avropa çempionu (dövlət) – 15 min manat
“Böyük dəbilqə” çempionu (İJF) – 5 min avro (9 min 275 manat)

2. Zelim Kotsoyev (cüdo) – 668 min manat 97 manat
Olimpiya çempionu (dövlət) – 400 min manat
MOK - 200 min manat
Dünya çempionu (dövlət) – 20 min manat
Dünya çempionu (İJF) – 26 min avro (48 min 97 manat)

3. Alfonso Dominqes (boks) – 361 min manat
Olimpiya gümüşü (dövlət) – 200 min manat
MOK - 100 min manat
İBA – 25 min dollar (42 min 500 manat)
Avropa çempionatının bürüncü (dövlət) – 10 min manat
Avropa çempionatının bürüncü (İBA) – 5 min dollar (8 min 500 manat)

4. Qaşim Maqomedov (taekvondo) – 310 min manat
Olimpiya gümüşü (dövlət) – 200 min manat
MOK - 100 min manat
Avropa çempionatının bürüncü (dövlət) – 10 min manat

5.Həsrət Cəfərov (yunan-Roma güləşi) – 168 min 859 manat
Olimpiya bürüncü (dövlət) – 100 min manat
MOK - 50 min manat
Avropa çempionu (dövlət) – 15 min manat
Qran-pri qızılı (UWW) – 1500 İsveçrə frankı (2 min 894 manat)
Qran-pri bürüncü (UWW) – 500 İsveçrə frank (965 manat)

6. Maqomedxan Maqomedov (sərbəst güləş) – 164 min 447 manat
Olimpiya bürüncü (dövlət) – 100 min manat
MOK - 50 min manat
Avropa çempionatının gümüşü (dövlət) – 13 min manat
Qran-prinin gümüşü (UWW) – 750 İsveçrə frankı (1447 manat)

7. Giorgil Meşvildişvili (sərbəst güləş) – 160 min manat
Olimpiya bürüncü (dövlət) – 100 min manat
MOK - 50 min manat
Avropa çempionatının bürüncü (dövlət) – 10 min manat

Vüqar Xeyrullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Mart 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri