İngiltərə Bankı üç ildən çox müddətdə ilk dəfə faiz dərəcəsini artırıb
Icma.az bildirir, Azertag portalına istinadən.
London, 5 noyabr, AZƏRTAC
İngiltərə Bankı əsas faiz dərəcəsini 4 faizə yüksəldib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu, son üç ildən çox müddətdə faiz dərəcəsinin ilk artırılmasıdır. Qərar bankın Pul Siyasəti Komitəsi tərəfindən qəbul edilib. İqtisadçıların əksəriyyəti faiz dərəcəsinin artırılacağını gözləyirdi.
İngiltərə Bankının rəhbəri Endryu Beyli bildirib ki, bu qərar faiz dərəcələrinin qaçılmaz olaraq uzunmüddətli artım dövrünün başlanğıcı kimi qiymətləndirilməməlidir. Bununla belə, o, İranla bağlı müharibə başa çatmayacağı təqdirdə faiz artımının sonuncu olmaya biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Böyük Britaniyada inflyasiya hazırda 3,5 faiz təşkil edir. Bu göstərici İngiltərə Bankının müəyyən etdiyi 2 faizlik hədəfdən yüksəkdir. Mərkəzi Bank faiz dərəcələrini artırmaqla borclanmanı bahalaşdırmağa və inflyasiya təzyiqlərini azaltmağa çalışır.
Faiz dərəcələrinin yüksəlməsi xüsusilə dəyişkən faizli ipoteka krediti olan şəxslərin aylıq ödənişlərinin artmasına səbəb ola bilər. Eyni zamanda, bank əmanətləri üzrə gəlirliliyin yüksəlməsi ehtimalı var.
Böyük Britaniyanın maliyyə naziri Con Hili bildirib ki, hökumət ailələrin və müəssisələrin maliyyə yükünü yüngülləşdirmək üçün tədbirlər görür.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 05 Noyabr 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















