“Expressbank” “Felis 2026”da 2 qızıl mükafat qazanıb Video
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Expressbank” ASC-nin Anım Günü münasibətilə “Crambone” reklam agentliyi ilə birgə hazırladığı “Yağış yuyur, gün qurudur” imic çarxı “Felis 2026” müsabiqəsində iki kateqoriya üzrə qalib seçilib.
Beləliklə, bank yaradıcı sektorda ilk iştirakında təqdim etdiyi iki müraciətin hər biri üzrə mükafat qazanaraq uğurlu nəticəyə imza atıb.
Mükafatlar noyabrın 4-də Türkiyənin İstanbul şəhərində, “Brand Week Istanbul” çərçivəsində Haliç Konqres Mərkəzində keçirilən təntənəli mərasimdə təqdim olunub.
Oktyabr ayında açıqlanan nəticələrə əsasən, “Yağış yuyur, gün qurudur” çarxı hər iki kateqoriya üzrə qısa siyahıya daxil olub. Mərasim gecəsində isə layihə aşağıdakı kateqoriyalarda qalib elan edilib:
- Use of Music (Musiqidən istifadə) – qızıl mükafat;
- Writing/Screenplay (Ssenari) – qızıl mükafat.
Videoçarxa YouTube-da baxın: Video linki
Anım Günü üçün ərsəyə gətirilən film hər gün yanından keçdiyimiz, binaların divarlarından bizə baxan şəhidlərimizin unudulmayan xatirəsinə həsr olunub. Həyat öz axarı ilə davam etsə də, onların xatirəsi gündəlik həyatımızın ayrılmaz bir hissəsi olaraq qalır.
“Expressbank” bu uğuru Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə ithaf edir. Çünki bəzi adlar heç vaxt unudulmur, bəzi baxışlar isə hər zaman bizimlə qalır.
“Expressbank” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 05 Noyabr 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















