Ən çox yağıntı Sarıbaşa düşüb
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avqustun 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 53 (aylıq normanın 46 %-i), Balakəndə 45 (aylıq normanın 61 %-i), Zaqatalada 44 (aylıq normanın 60 %-i), Xınalıqda 40 (aylıq normanın 119 %-i), Qrızda 20 (aylıq normanın 38 %-i), Qusarda 10 (aylıq normanın 30 %-i), Gədəbəydə 10, Quba, Tovuzda 8, Ağdamda 7, Xaçmaz, Şabran, Kişçayda (Şəki) 4, Daşkəsən, Lənkəran, Ceyrançöl, Culfada 3, Şahdağ, Qəbələdə 2, Göygöl, Gəncə, Naftalan, Oğuz, Tərtər, Mingəçevir, İsmayıllı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Sabirabadda, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm qeydə alınıb.
Baxış sayı:71
Bu xəbər 14 Avqust 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















