Icma.az
close
up
RU
Ən çox yol nəqliyyat hadisələri üzrə ekspertizaya ehtiyac duyulur SORĞU

Ən çox yol nəqliyyat hadisələri üzrə ekspertizaya ehtiyac duyulur SORĞU

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”ya uyğun olaraq, özəl məhkəmə ekspertizası institutunun tətbiqi imkanlarının qiymətləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyası tərəfindən vəkillər arasında birgə onlayn sosioloji sorğu keçirilib.

Ədliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, sorğunun əsas məqsədi bu sahədə mümkün risklərin qiymətləndirilməsi, mövcud təşkilati və metodiki çatışmazlıqların müəyyən edilməsi, həmçinin praktikada daha çox ehtiyac duyulan ekspertiza sahələrinin dəqiqləşdirilməsi olub.

Sorğuda iştirak edən vəkillərin 82,1%-i mülki, 51,4%-i cinayət, 46,4%-i isə inzibati və kommersiya mübahisələri sferasında daha çox fəaliyyət göstərən vəkillərdir. Statistikaya əsasən, respondentlərin 83,2%-i fiziki şəxslərin, 49,7%-i hüquqi şəxslərin (şirkətlərin), 6,1%-i dövlət orqanlarının hüquqlarını müdafiə edir, 17,9%-i isə dövlət hesabına hüquqi yardım göstərir.

İş stajına görə respondentlərin 24,6%-i 5 ilədək, 17,9%-i 6-10 il, 21,2%-i isə 11 ildən çox təcrübəyə malikdirlər.

Sorğunun nəticələrinə əsasən vəkillərin 40,3%-i il ərzində orta hesabla 15-50 aralığında məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət verir ki, bu da ədalət mühakiməsinin həyata keçirilməsində ekspertiza institutunun mühüm əhəmiyyətini bir daha təsdiq edir.

Sorğu çərçivəsində respondentlər məhkəmə ekspertizası fəaliyyətinin mövcud vəziyyətini qiymətləndirib, həmçinin özəl ekspertiza institutunun tətbiqinin mümkün nəticələri və perspektivləri ilə bağlı mövqelərini ifadə ediblər.

Sorğunun nəticələri göstərir ki, vəkillər özəl məhkəmə ekspertizası institutunun tətbiqinin bir sıra müsbət təsirlərə səbəb ola biləcəyini ehtimal edirlər. Belə ki, 45,8% respondent ekspertizanın icra müddətlərinin qısalacağını, 49,2% ekspert rəylərinin keyfiyyətinin yüksələcəyini, 58,7% bu sahədə rəqabət mühitinin formalaşacağını, 48% ekspert rəylərinə etimadın artacağını mümkün hesab edir.

Bununla yanaşı, respondentlər özəl məhkəmə ekspertizası institutunun tətbiqi nəticəsində mümkün ola biləcək müəyyən riskləri də qeyd ediblər. Belə ki, 34,1%-i tərəflər arasında prosessual bərabərsizliyin yarana biləcəyini, 32,4%-i maraqların toqquşmasını orta ehtimal kimi dəyərləndirib.

Sorğunun mühüm hissələrindən biri məhkəmə ekspertizası sahəsində ehtiyac duyulan istiqamətlərin müəyyən edilməsi olub. Sorğunun nəticələrinə əsasən aşağıdakı ekspertiza sahələri yüksək və çox yüksək ehtiyac duyulan istiqamətlərdir:
• yol-nəqliyyat hadisələri üzrə ekspertiza (70,9%)
• məhkəmə tikinti-texniki ekspertizası (69,3%)
• məhkəmə-mühasibat ekspertizası (62,6%)
• məhkəmə-əmtəəşünaslıq ekspertizası (59,2%)
• məhkəmə-psixoloji ekspertizası (57%)
• audio və videoyazıların məhkəmə ekspertizası (56,4%)
• məhkəmə kompüter-texniki ekspertiza (54,2%)

“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdirlər.

Bundan əlavə, açıq sual formatında respondentlər siyahıda yer almayan, lakin zəruri hesab etdikləri sahələri də qeyd ediblər. Bu istiqamətdə aşağıdakı ehtiyaclar xüsusilə vurğulanıb:
• məhkəmə-psixiatrik ekspertiza xidmətlərinin inkişafı;
• məhkəmə-ballistik, trasoloji və narkoloji ekspertizalar;
• məhkəmə-tibb ekspertizası sahəsində özəl məhkəmə ekspertizası institutunun formalaşdırılması.

Sorğunun nəticələri məhkəmə ekspertizası sahəsində islahatların həyata keçirilməsi, özəl məhkəmə eksperti institutunun fəaliyyətə başlaması və məhkəmə ekspertizasının müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, əldə olunan nəticələr normativ-hüquqi bazanın təkmilləşdirilməsi və institusional inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün əsaslı zəmin yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 May 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri