Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Ən effektli HAMİLƏLİK ƏLEYHİNƏ üsul

Ən effektli HAMİLƏLİK ƏLEYHİNƏ üsul

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Arzu olunmayan hamiləlikdən qorunmaq üçün bir çox üsullar mövcuddur - kontraseptiv həblər, "spiral", prezervativ, spermisidlər və s. Lakin bu üsullardan heç biri hamillikdən 100% qorumur.

Hamiləlik əleyhinə ən effektli və eyni zamanda radikal üsul uşaqlıq borularının bağlanılması sayılır.

Qadın cinsiyyət sisteminin vacib orqanı - uşaqlığın hər iki tərəfində yerləşən və uşaqlığa açılan uşaqlıq (və ya Fallop) borularıdır. Boruların digər konusa oxşayan açıq tərəfi kiçik çanağa (yumurtalığa yaxın) açılır. Ovulyasiya zamanı yumurtalığın divarı yırtılır və yumurta hüceyrəsi kiçik çanağa çıxır. Uşaqlıq borusunun xovları yumurta hüceyrəsini tutur və borunun daxilinə ötürür. Yumurta hüceyrəsi uşaqlıq borusunda uşaqlığa doğru hərəkət etməyə başlayır. Əgər borunun ampula hissəsində yumurta hüceyrəsini spermatozoidlər "gözləyirsə", mayalanma baş verə bilər. Mayalanmış yumurta hüceyrəsi daha sonra uşaqlığa düşür və burada uşaqlığın divarına implantasiya edir ("yapışır"). Belə hamiləlik baş verir.

Uşaqlıq borularının bağlanılması nəticəsində spermatozoidin və yumurta hüceyrəsinin "görüşü" mümkünsüz olur ki, bunun nəticəsində hamiləlik da baş tutmur. Uşaqlıq borusunun bağlanılması cərrahi bir prosesdir və onun geri dönüşü çox çətindir.

Uşaqlıq borusunun bağlanılmasından sonra cinsi həyat əvvəlki kimi davam edir. Menstruasiyanın gedişinə və bədən quruluşu hər hansı bir şəkildə bununla əlaqədar dəyişilmir.

Uşaqlıq borusunun bağlanılması prosesi qadın reproduktiv orqanlarına hər hansı bir zərəri yoxdur. Amma bu proses əməliyyatla həyata keçirildiyi üçün, əməliyyata dair müəyyən kiçik riskləri var.

Uşaqlıq borusunun bağlanmasının üstünlükləri nələrdir?

- Hamiləlikdən qoruma faizi olduqca yüksəkdir. Hamilə qalma riski yox deyiləcək qədər azdır.

- Olduqca asan bir əməliyyatda, ömür boyu qoruma təmin edir.

- Ana südünün miqdarına və keyfiyyətinə təsir etməz.

- Cinsi münasibətdə hər hansı bir problemə yol açmır.

Uşaqlıq borusunun bağlanmasının çatışmazlıqları nələrdir?

- Uşaqlıq borusunun bağlanılması uzunmüddətli bir prosesdir. Geri dönüşü olduqca çətin və məşəqqətlidir.

- Üsulun tətbiqi üçün bu əməliyyatı yaxşı bilən ginekoloq cərrah və əməliyyat şəraiti lazımdır.

- Cinsi xəstəliklərə qarşı qoruyuculuğu yoxdur.

Uşaqlıq borusunun bağlanılması kimlər üçün uyğundur?

- Uşaqlıq borusunun bağlanılması haqqında yetərli məlumata malik olan və buna əmin olan cütlüklər.

- Bir daha, ya da heç uşaq sahibi olmaq istəməyən cütlüklər.

- Uşaq sahibi olması təhlükəli olan şəxslər (qadında hamiləliklə uyğun gəlməyən ciddi xəstəliklər, patologiyalar olduqda və s.)

Necə həyata keçirilir?

Uşaqlıq borusunun bağlanılma prosesində ilk olaraq qəti qərar üçün məsləhət almaq olduqca əhəmiyyətlidir. Bu sayədə şüurlu qərar veriləcək. Cütlərdən ikisinin də imzası alınır. Əgər qadın və ya kişi imzalı razılıq verməmişsə, uşaqlıq borusunun bağlanılma əməliyyatı olunmaz.

- Əməliyyat ümumi anesteziya altında laparoskopik üsulla həyata keçirilir.

- Kəsik aparıldıqdan sonra uşaqlıq borusu tapılır və bağlanılır.

- Əməliyyatdan sonra xəstəxanada qalmağa ehtiyac yoxdur, ancaq anesteziyadan sonra xəstənin vəziyyətinə görə bir gün qalmaq lazımdır.

- Uşaqlıq borusunun bağlanılmasından sonra əməliyyat yerində ağrılar meydana gələ bilər.

- Qadının hamilə olmamasına əmin olunan hər hansı bir dövrdə edilə bilər.

Həkimə müraciət edilməsi lazım olan hallar:

- Uşaqlıq borusunun bağlanılması əməliyyatı olunan xəstələrdə, əməliyyatdan sonrakı günlərdə həddindən artıq ağrı, temperatur və ya qanaxma olarsa, vaxt itirmədən bir mütəxəssisə müraciət edilməlidir.

- Müxtəlif vəziyyətlərdə uşaqlıq borusunda avtomatik açılma görülə bilər. Olduqca nadir bir hal olsa da, menstruasiya gecikməsində mütləq bir mütəxəssisə müraciət edilməlidir.

Uşaqlıq borusunun bağlandığı halda hamiləlik əmələ gəlmə riski varmı?

Hamiləlik əleyhinə üsulları, heç bir zaman yüzdə yüz hamiləlikdən qorunma zəmanəti verə bilməz. Ancaq uşaqlıq borusunun bağlanılması, hamiləlikdən qorunma faizi ən yüksək olan üsullarından biridir. Lakin buna baxmayaraq, qadın tədbirli olmalı və menstruaiya gecikməsində mütləq bir mütəxəssislə məsləhətləşmək lazım olduğunu unudulmamalıdır.

Uşaqlıq borusunun bağlanılması əməliyyatından sonra cütlüyün hamilə qalma ehtimalı yox deyiləcək qədər azdır. Uşaqlıq borusunun açma əməliyyatları olduqca çətin və uğur şansı olduqca aşağı proseslərdir. Uşaqlıq borusu açıldıqdan sonra da uşaq sahibi olma şansı, ən uğurlu cərrahiyyə əməliyyatlarında yalnız 50%-dir. Uşaqlıq borusunun bağlanmasına yol vermə əməliyyatları artıq qətiyyən uşaq istəməyən ailələrə təklif edilir.

Uşaqlıq borusunun bağlanılması əməliyyatı etdirən qadınlar uşaq sahibi ola bilərmi?

Uşaqlıq borusu bağlandıqdan sonra cütlüyün təbii yollarla uşaq sahibi olma şansı yoxdur. Bu cütlüklər, yalnız süni mayalanma üsulu ilə uşaq sahibi ola biləcəklərini bilməlidirlər. Uşaqlıq borusunun açılması əməliyyatları olduqca çətin və uğur şansı aşağı əməliyyatlardır.

Mənbə: Ginekoloq.az

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see597

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see313

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see310

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see223

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see223

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see220

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see220

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see211

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see206

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see206

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see205

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see202

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see202

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see199

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see199

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see198

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri