Icma.az
close
up
RU
Hamiləlik əleyhinə dərmanların CİDDİ FƏSADLARI

Hamiləlik əleyhinə dərmanların CİDDİ FƏSADLARI

News24 saytına istinadən Icma.az xəbər verir.

Hamiləlik əksər qadınların həyatında sevindirici hal hesab olunur. Ancaq bəzən müxtəlif səbəblərdən (maddi imkansızlıq, karyera, uşaqların çoxluğu) hamilə qalmaq xoşagəlməz vəziyyət kimi qəbul edilir. Arzuolunmaz hamiləlikdən qorunma üsullarından biri də kontraseptivlər - hamiləlik əleyhinə həblərdir. Bəs qadın hamiləlik əleyhinə dərman içərkən belə bətninə uşaq düşübsə həmin uşaq nə qədər sağlıqlı olur?

News24.az xəbər verir ki, mövzu ilə bağlı ginekoloq Aygün Budaqova Lent.az-a bildirib ki, dərman vasitələri növündən və dozasından asılı olaraq, dölə mütləq təsir edir: 

“Həblərin düzgün qəbul edilməməsi hamiləliyin pozulmasına, döldə müxtəlif inkişaf qüsurlarına səbəb ola bilər”.

Onun sözlərinə görə, qadının daxili cinci orqanına qoyulan spiral uşaqlıq daxilindən çıxarıldıqdan sonra orqanizm üçün heç bir fəsad yaranmır. 

Qeyd edək ki, hamiləlik əleyhinə dərman, yəni kontraseptivlərin seçimi məsuliyyətli bir addımdır. Bu həblər ancaq xüsusi hallarda tətbiq edilməsi lazım olan bir üsuldur və vərdiş halına gətirilməməlidir. Tərkibində yüksək doza estrogen olduğu üçün istifadə edilməsi sağlamlıq üçün riskli olan insanlarda təhlükəli ola bilər. Bu səbəbdən dərman preparatları yalnız ginekoloq tərəfindən təyin olunmalıdır. 

Bəs kontraseptivlər sağlamlıq üçün hansı təhlükəli hallara səbəb olur?

Məsələn, çəkini artıra bilər. Duyğu, sinir pozğunluğu, əsəblərdə gərginlik, yüngül baş ağrıları yarada, qan təzyiqini yüksəldə bilər. Sağlamlığında problem olmayan qadın üçün bunlar keçici hallardır. Qadınları ən çox narahat edən çəkini artırma ehtimalı olmasıdır. Son illər istehsal olunan az dozalı kontraseptivlərdə bu təsir azdır. Qadın həb istifadə etməyə başlayan ilk vaxtlardan özündə çəki artımı hiss eləsə, istifadəni dayandırmalı və ginekoloqu ilə məsləhət etməlidir.

Ümumiyyətlə, kontraseptiv həbləri kimlər istifadə edə bilməz?

Damar tutulmasının olması və ya şübhəsi olanlar, damar tutulması olan şəkər xəstələri, ciddi qaraciyər xəstələri və qaraciyər  şişi, döş və ya cinsiyyət orqanlarına aid şiş, ciddi miqren tutmaları olanlar, ailəvi qanda lipid yüksəkliyi olanlar, bilinən hamiləlik və ya hamiləlik şübhəsi olanlar - oral kontrseptiv preparatlar istifadə etməməlidir. Həmçinin, səbəbi bilinməyən qanaxmaları olan qadınlar da kontraseptivlərdən istifadə etməməlidirlər. Əlbəttə kontraseptiv həblərin istifadəsinə ümumi ginekoloji müayinədən keçdikdən sonra başlamanız daha məsləhətdir.

Hamiləlik əleyhinə həbləri qəbul etmək istəyənlər nələri bilməlidir?

- Bu həblər bir dəfə qəbul olunduqda belə mənfi təsir göstərə bilir. Həbin qəbulundan sonra baş ağrısı, ürəkbulanma və qusma, başgicəllənmə, qarın ağrısı və sancı, halsızlıq, süd vəzilərində həssaslaşma, damcı şəklində qanama, ödem və aybaşı pozulma hallarının olma ehtimalı var.

- Həblərin qəbulundan sonra əksər hallarda aybaşı 1 həftə gecikir. Həmçinin, aybaşı zamanı qanama daha şiddətli ola bilir; 

- Qəbuldan sonra iki saat ərzində qusma baş verərsə, daha bir həb qəbul edilməlidir; 

- Qoruyucu həblər ayda bir neçə dəfə qəbul edilərsə, hormonal balansa ciddi zərər yetirə bilirlər;

- Artıq çəkili və piylənməsi olan qadınlara bu həblərin normaldan 3 dəfə az təsir etməsi müəyyənləşdirilib. 

Həblərin qəbulu hansı hallarda dayandırılmalıdır?

Şiddətli baş ağrısı, eyni zamanda ürək bulanma, qusma, bulanıq görmə, ani görmə itkiləri, keçici korluq kimi hallarda dərmanın istifadəsi dərhal kəsilməlidir. Ayaqlarda qızartı, şişkinlik və ağrı, iflic, şiddətli qarın və sinə ağrısı, nəfəs almada çətinlik, qan təzyiqində yüksəlmə kontraseptivlərin dayandırılmasını tələb edən digər hallardır. Əlavə təsir olaraq isə ürək bulanma, baş ağrısı, cinsi istəksizlik, menstruasiya aralığında qanaxmalar görülə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Noyabr 2024 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri