“Ən güclü zərbələr hələ qabaqdadır” Rubio ABŞ ın hədəflərini açıqladı
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İrana ən güclü zərbələr hələ qabaqdadır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Mən taktiki səylərimizin təfərrüatlarını açmaq niyyətində deyiləm, lakin amerikalı hərbçilər ən güclü zərbələri hələ sonra endirəcəklər. Növbəti mərhələ İran üçün bundan daha ağır olacaq”, — o bildirib.
Rubio qeyd edib ki, İrana qarşı əməliyyat nə qədər lazım gələrsə, o qədər də davam edəcək.
“Bizim hədəflərimiz var. O hədəflərə çatmaq üçün nə qədər zaman gərəkdirsə, bunu etməyə davam edəcəyik.
Bu əməliyyatın hədəfi onların ballistik raket sahəsində potensialını məhv etmək və bir daha onu bərpa edə bilməyəcəklərinə əmin olmaqdır”, — o əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:203
Bu xəbər 03 Mart 2026 05:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















