Ən populyar dərmanı üstələyən yeni xərçəng preparatı hazırlandı
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Akeso” və “Summit Therapeutics” biotexnologiya şirkətləri onların hazırladığı yeni ivonesimab preparatının qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzatdığını açıqlayıb.
Lent.az xəbər verir ki, klinik sınaqların üçüncü mərhələsində preparat təxminən 10 il ərzində müalicənin “qızıl standartı” sayılan məşhur pembrolizumab dərmanından daha yaxşı nəticə göstərib.
Preparatın III faza üzrə randomizə edilmiş klinik tədqiqatı olan HARMONi-2 göstərib ki, yeni terapiya eyni vaxtda iki istiqamətdə təsir edir. Dərman şiş hüceyrələrinin immun sistemindən gizlənməsinə kömək edən PD-1 zülalını və bədxassəli törəməni qan damarları ilə təmin edən VEGF zülalını bloklayır.
Əvvəllər alimlər onkologiyanın yastıhüceyrəli formasında ölümcül qanaxma riski səbəbindən bu cür bloklayıcı kombinasiyalardan istifadə etməyə ehtiyatla yanaşırdılar. Lakin yeni molekulun təhlükəsizlik göstəriciləri yüksək olduğuna görə Çində bu məhdudiyyətlər artıq aradan qaldırılıb. Bununla da gələcək klinik sınaqlara cəlb oluna biləcək xəstələrin sayı artırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 04 Sentyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















