Icma.az
close
up
RU
Ən problemli 5 avtomobil SİYAHI

Ən problemli 5 avtomobil SİYAHI

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mütəxəssislər genişmiqyaslı araşdırmalara, eləcə də sahiblərin və avtoservis mütəxəssislərinin çoxsaylı rəylərinə əsaslanaraq, sahiblərini tez-tez sıradan çıxaran avtomobillərin reytinqini tərtib ediblər.

Lent.az xəbər verir ki, əsas meyarlar 100 avtomobilə düşən nasazlıqların sayı (PP100), xidmət çağırışlarının tezliyi və tipik nasazlıqlar olub.

Anti-reytinq liderləri: hansı avtomobillərdən qaçmaq lazımdır?

1. Fiat 500L: zahirən qəşəng, daxili problemli.

Bu kompakt hetçbek cəlbedici dizaynı və geniş salonuna baxmayaraq, ən etibarsız avtomobillərdən biri kimi tanınıb. Xüsusilə 2018–2022-ci il modelləri arasında olan Fiat 500L sahibləri tez-tez elektronika problemləri ilə qarşılaşırlar: multimedya sistemində nasazlıqlar, iqlimə nəzarət sistemində səhvlər, bəzən isə alışma sistemində problemlər müşahidə olunur.

Avtomatik sürətlər qutusu da zəif nöqtələrdən biridir və asqı sistemi sürətlə köhnəlir. PP100 göstəricisi 250-yə çatır ki, bu da nasazlıqlar baxımından olduqca yüksək göstəricidir.

2. Renault Logan / Dacia Logan: büdcə qiyməti, yüksək təmir xərcləri.

Renault Logan və Dacia Logan kimi populyar ucuz modellər tez-tez avtoservislərin “daimi müştərilərinə” çevrilir. Səbəb isə əsasən aşağı yığım keyfiyyəti və elektrik sistemindəki problemlərdir.

Bu avtomobillərin asqı sistemi artıq 30–40 min kilometr yürüşdən sonra sürətlə köhnəlməyə başlayır. PP100 göstəricisi təxminən 230-dur. Bu maşınlar əlçatan qiyməti və sadə texniki xidməti ilə cəlb etsə də, ümumi etibarsızlığı gələcəkdə ciddi əlavə xərclərə yol aça bilər.

3. Jeep Cherokee: kobud görkəm, həssas elektronika.

Aqressiv dizaynı və off-road (yolsuzluq) qabiliyyətləri ilə tanınan Jeep Cherokee sahiblərini bir sıra problemlərlə məyus edir. Xüsusilə 9 pilləli avtomatik sürət qutusu və mürəkkəb elektronika sistemi tez-tez nasazlıqlara səbəb olur.

Bu modelin mühərrikləri isə tez-tez qızma və yüksək yağ sərfiyyatı ilə yadda qalır. Təxminən 240 PP100 göstəricisi ilə Jeep Cherokee, premium sinfinə aid avtomobil üçün gözləntilərə cavab verməyən etibarlılıq səviyyəsi sərgiləyir.

4. Chevrolet Cruze: keçmiş şöhrət, indiki problemlər.

Bir zamanlar olduqca populyar olan Chevrolet Cruze bu günlərdə tez-tez avtoservislərdə görünür. Səbəblər arasında mühərrik nasazlıqları, elektronika problemləri və ümumi yığım keyfiyyətinin aşağı olması ön plandadır. PP100 göstəricisi təxminən 220-dir.

Bu model ikinci əl bazarında əlçatan və dinamikasına görə qənaətbəxş sayılsa da, gələcək təmir xərcləri ilkin qənaətləri asanlıqla üstələyə bilər.

5. Dacia Duster: “xalq krossoveri”nin zəif tərəfləri.

Əlçatan qiyməti və yolsuzluq qabiliyyəti ilə “xalq krossoveri” kimi tanınan Dacia Duster-in də bir sıra zəif cəhətləri var. Sahibləri tez-tez asqı sistemindən, elektrik nasazlıqlarından və sürət qutusundan şikayət edirlər. PP100 göstəricisi təxminən 225-dir.

Niyə hətta yeni avtomobillərdə də problemlər olur?

Mütəxəssislər izah edirlər ki, büdcə sinfinə aid avtomobillərin tez-tez bu siyahıya düşməsinin əsas səbəbi istehsalçıların materiallar və komplekt hissələr üzərində qənaət etməsidir. Lakin bu, yalnız ucuz modellərə aid deyil — hətta premium markalar da problemlərdən sığortalanmayıb.

Müasir avtomobillərdə mürəkkəb elektronika sistemləri və yeni texnologiyaların tətbiqi, istər-istəməz nasazlıqların əsas səbəblərindən birinə çevrilir. Bu hallar isə artıq avtomobilin qiymətindən asılı olmayaraq müşahidə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 İyul 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri