Icma.az
close
up
RU
Ən qısa “ömürlü” baş nazir...

Ən qısa “ömürlü” baş nazir...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Barnyenin istefası Makronu “istirahətə” göndərəcək

Ölkə yeni ilə büdcə qanununu qəbul etmədən girəcək

Dekabrın 4-də Fransa Milli Assambleyası Yeni Xalq Cəbhəsi (NFP) qrupunun təqdim etdiyi senzura təklifini qəbul edib. Mətnin lehinə 331 deputat, yəni onun qəbulu üçün tələb olunan 288 səsin mütləq əksəriyyətindən 43 deputat çox səs verib. Bu səsvermə baş nazir Mişel Barnyenin istefasını təmin edib. Xatırladaq ki, cəmisi 4 ay (sentyabrın 5-dən dekabrın 4-nə kimi) baş nazir olan sağ mərkəzçi “Respublikaçılar”ın nümayəndəsi Barnye müasir Fransa tarixində ən qısa “ömürlü” və 1962-ci ildən bəri parlament tərəfindən devrilmiş ilk baş nazir oldu. Siyasi ekspertlərin fikrincə, bu istefa prezident Emmanuel Macronun da kreslosunu “laxladacaq” və ölkəni siyasi - iqtisadi qeyri-müəyyənliyə sürükləyəcək.

Barnye “getdi”...

Fransanın parlamentində təmsil olunan siyasi tərəflər bu istefanı sevinclə qarşılayıblar. İfrat solçu fraksiyanın başçısı Matilda Pano bildirib ki, bu gün tarixi bir gündür: “Bu gün biz demokratiyanı müdafiə etdik. Nəhayət Barnye hökuməti, zorakı büdcəsi kimi, çökdü”. Pano prezident Emmanuel Makronu da istefa verməyə çağırıb.

Parlament seçkilərinin qalibi olmuş ifrat sağçı Marin Le Pen də hələ seçkidən öncə Milli Birlik partiyasının mövqeyini açıqlamışdı. “Belə bir büdcəyə, belə bir hökumətə, belə bir süquta senzura tətbiq etməmək ən pis siyasət olardı”, - deyən Le Pen Mişel Barnyenin ardından Emmanuel Makronun istefasına da ümid etdiyini və bunun reallaşmasına çox az vaxtın qaldığını deyib.

Makronun “B” planı, yoxsa...

Bir sıra nəşrlər isə Barnyenin istefasını Makronun “B” planı kimi dəyərləndirirlər. Mişel Barnyenin “sonunu reallaşdıran” büdcənin azaldılması haqqında qanunun qəbul edilməsi cəhdinin məhz Makronun “həmləsi” olduğu bildirilir. Maraqlıdır ki, bu təklifə qarşı həm solçular, həm də sağçı qruplar etiraz təklifləri hazırlamışdı. Nəticədə solçuların layihəsi birinci səsverməyə çıxarıldı və tələb olunan 288 səsdən də artıq olan 331 səs çoxluğu “toplandı” - bu isə onu göstərir ki, Makronla vidalaşmaq istəyi həm solçu, həm də sağçı qrupları bir-birinə “yaxınlaşdırır. Müasir Fransa tarixində ilk dəfə idi ki, ifrat solçu və ifrat sağçı qruplar eyni təklifə birgə cavab verdilər.

Düzdür, Barnyenin sonunu gətirən faktorlar arasında xüsusilə baş nazirin sağçılara “güzəştə getməməsi” birinci yerdə olsa da, istefadan sonra solçular özlərini qalib kimi hiss edirlər - onlar baş nazirin məhz solçu olmasını tələb edirlər. Əks halda Barnyenin aqibəti Makronu da gözləyir - solçuların bu hədəsi isə boşuna deyil. Parlament çoxluğunun rəhbəri Marin Le Pen radikal müxalifətə çevrilməyəcəyini bildirib - o, gələcək baş nazirin işləməsinə icazə verməyə” hazır olduğunu deyib. Tələb isə hamı üçün məqbul büdcə əldə edilməsidir.

Hadisələrin isə hələlik yumşalmasına ehtiyac duyulur - bu baxımdan, yeni baş nazirin təyinatı gecikə bilər. Baş nazir istefa versə də, əvvəlki Qabriel Attal hökumətində olduğu kimi, indiki hökumətdə vəzifədə qalacaq. Yeni baş nazir isə üç tərəfi - həm ?ağçı, həm solçu həm də prezidenti qane edəcək kompromis fiqur olmalıdır.

Prezident istefaya dəvət edilir...

Makron onu nələrin gözlədiyini anlayır - təsadüfi deyil ki, parlament çıxışları zamanı yaranan xaosun əsl səbəbkarı kimi məhz o işarə edilib. Müxalifət bütövlükdə bu qərarın 2027-ci ilin yazına qədər səlahiyyət müddəti olan Makronun özünün verməli olduğunu düşünür. Xarici mətbuat isə Fransada yaranan bu siyasi gərginliyin qarşıdakı zamanda bütün avrozonada təlatümlərə səbəb ola biləcəyindən ehtiyat edir. Bu mənada siyasətçilər Makronu həm ölkəsini, həm də avrozona düşərgəsini özünün maraqlarına qurban verməməyə çağırıblar. Onların fikrincə, Emmanuel Makron son yeddi ildə millətin təməllərinə hücum edib. Ölkəni düşdüyü uçurumdan isə yalnız onun istefası çıxara bilər”. Siyasi ekspertlər isə Makronun vəziyyəti dəyişdirə bilməyəcəyinə və Aİ-nin ikinci ən böyük iqtisadiyyatını idarəolunmaz trayektoriyadan xilas etməyə gücünün çatmayacağına əmindirlər. Maraqlıdır ki, qanun prezidentə yeni parlament formalaşdırmağa da imkan vermir - 2025-ci ilin yayına qədər yeni parlament seçkiləri təyin edilə bilməz. Bu isə onu göstərir ki, Fransa tarixində mühüm bir mərhələ ilə üz-üzədir - ölkə büdcə qanununu qəbul etmədən yeni ilə girəcək...

Makron özünü “sındırmır”...

Yaranan iqtisadi təhlükə həm də ölkədə investorları təşvişə salır. Fransa Yunanıstanın taleyini yaşaya və iqtisadi böhranın ən dibinə yuvarlana bilər. Daxili auditoriya Makronu iqtisadiyyatı bilməməklə yanaşı siyasətdən də başının çıxmadığını deyir. Situasiyanı düz qiymətləndirməyən Fransa prezidentinin son addımları xalqı qəzəbləndirib - sosial şəbəkələrdə yaranan vəziyyətin ABŞ ilə qarşıdurmadan qaynaqlandığı bildirilir. Donald Trampın qayıdışından tutmuş Ukraynadakı münaqişəyə münasibətə və Çinlə potensial ticarət müharibəsinə qədər bütün addımları Makronun “çiy siyasətçi” olduğunu təsdiqləyir. Fransa cəmiyyəti Makronu nəinki Avropa İttifaqına, heç öz ölkəsinə liderlik edə bilməməkdə günahlandırır.

Maraqlıdır ki, Makron yaranan vəziyətdə heç nə baş vermirmiş kimi davranır - bütün gərginliklərə baxmayaraq o, Səudiyyə Ərəbistanına planlaşdırdığı səfərini ləğv etmədi. Fransız mətbuatı isə Makronun bu addımını “başını itirmək” kimi qiymətləndirir - onlar etiraf edirlər ki, Makron ölkəni idarə etmək rıçaqlarını itirib. Sadəcə olaraq, Makron göstərməyə çalışır ki, guya rəsmi  Paris daxili böhran fonunda dünya səhnəsində mühüm rolunu qoruyub saxlayır. Bu isə olduqca gülünc bir “tamaşadır”...

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2024 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see307

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see301

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see297

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see280

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see279

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see233

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see204

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” FOTO

03 İyul 2026 22:51see190

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see184

Emiliano Martines yenə saçlarında Argentina bayrağı ilə oynayacaq

04 İyul 2026 01:48see180

Amerikalı təsisçidən ŞOK İDDİA: Papa Çin kommunistləri üçün işləyir

03 İyul 2026 23:54see180

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

03 İyul 2026 23:55see176

Həftəsonu oyunlar bu kanallarda AFİŞA

04 İyul 2026 03:58see175

“Neftçi”nin əvəzediciləri Azərbaycan çempionu oldu

04 İyul 2026 00:55see175

ABŞ dakı dostlarımızı ürəkdən təbrik edirik Hacıyev

03 İyul 2026 22:52see174

Azərbaycan güləşçilərindən 5 medal

04 İyul 2026 14:05see172

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

04 İyul 2026 09:57see170

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5 10 avtomobil düşür VİDEO

04 İyul 2026 06:10see169

Azərbaycan nefti üçün yaxşı xəbər var

04 İyul 2026 09:10see167

Daha bir ölkə məktəbdə telefon qadağası tətbiq edir

04 İyul 2026 04:47see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri