Icma.az
close
up
RU
Ən rəqabətli çəki güləşdiyim 72 kiloqramdır Dünya çempionu Ülvü Qənizadə

Ən rəqabətli çəki güləşdiyim 72 kiloqramdır Dünya çempionu Ülvü Qənizadə

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Sentyabrın 13-dən 21-dək Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı keçirildi. Bu yarışda güləşçilərimiz 8 medal qazandılar. Onlardan yalnız bir Ülvü Qənizadə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı və Zaqrebdə himnimizi səsləndirdi. Bununla da o, ötən il qazandığı titulu qorumuş oldu. Maraqlıdır ki, Ülvü yenə də finalda Fransa güləşçisi İbrahim Qanemin üzərində qələbə qazandı.

Dünya çempionu ilə söhbətləşdik və bəzi suallara aydınlıq gətirdik.

- Bu günlərdə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan komandasında yeganə qızıl medalı qazandın. Digərlərinin rəqibləri çox güclü idi?
- Əvvəla, çox sevinirəm ki, dünya çempionatında qalib gəldim. Əlbəttə, çox istərdim ki, komanda yoldaşlarım da "qızıl" qazansınlar, əziyyətləri yerdə qalmasın. Görünür, ən yüksək əyarlı medal mənim qismətimdə imiş. Güləşlə az-çox maraqlananlar bilir ki, 72 kiloqram ağır çəkidir. Bu çəkidə güləşdiyim üçün demirəm, həqiqətən də ən rəqabətli çəki "72"-dir. 

- Dünya çempionatında 3 final güləşmisən. Onlardan ikisində baş mükafata sahib çıxmısan. Özü də ardıcıl olaraq. İkiqat dünya çempionluğu sənin üçün nə deməkdir?
- Yenidən dünya çempionu olmaq çox qiymətlidir. Deməli, səviyyəmi aşağı salmamışam. Çalışıram titulların sayını artırım. Hədəfim dünya və Avropa çempionatlarında qalib olmaqdır. 

- Gələn mövsüm üçün planların nədən ibarətdir?
- Qarşıda məni yenə dünya və qitə çempionatları gözləyir. Bu dəfə hər iki yarışda baş mükafatı qazanmağı qarşıma məqsəd qoymuşam.

- Ülvü, Xorvatiyanın paytaxtındakı uğur güləş tariximizdə yer alacaq. Lakin tam fərqli və böyük sınaq meydanı da var. Bu, olimpiya oyunlarıdır. Hazırda çıxış etdiyin 72 kiloqram çəki olimpiya dərəcəsi deyil. 77 kiloqrama keçmək barədə nə düşünürsən? 
- (gülür) Mənə bu sualı Xorvatiyada da verdilər. Demişdim düşünəcəyəm. Hazırda bu barədə qərar verməmişəm. Yeni qayıtmışıq, hazırda istirahət edirəm və bu çempionluğun dadını çıxarmaq istəyirəm. Məşqlərə qayıtdıqdan sonra bunun üzərində fikirləşəcəyəm. 


- Sənin üçün qarşıdakı daha iki DÇ-də də qalib gəlib dördqat dünya çempionluğu qazanmaq, yəni bol mükafatlar, maddiyat, yoxsa Los Anceles-2028-də iştirak daha önəmlidir? 
- Əlbəttə ki, titullarımın sayını artırmaq da önəmlidir. Ancaq hər bir idmançı kimi mənim də arzum olimpiya oyunlarında iştirak etməkdir. Sadəcə, tərslikdən çəkim elə çəkidir ki, olimpiadaya düşmür. Nə o yanlıqdır, nə bu yanlıq. Yəni nə 67-yə düşür, nə 77-yə qalxır. Hətta mənə 81-82 kilo olmaq lazımdır. Gərək kütləni yığım ki, istədiyim çəkiyə "otura" bilim. Dediyim kimi, hələ bu barədə heç nə düşünmək istəmirəm.

- Qitə və dünya çempionatlarında qazandığın nailiyyətlərin hamısı Avropa ölkələrində baş verib. Gələn il dünya çempionatı Bəhreyndə keçiriləcək, yəni tam fərqli qitədə, iqlimdə, saat qurşağında. Uğur sıralamanın qırılmasından narahat deyilsən?
- Düzdür, çempionluqlarımın hamısı Avropa qitəsində olub. Amma növbəti dünya çempionatının Asiyada olacağı məni qətiyyən narahat etmir. Bu, bizim işimizdir. Şərtlərin dəyişməsi ciddi problem olmamalıdır. Hər şey hazırlıqdan və köklənməkdər asılıdır. Çalışacağam ki, yenə fərdi nailiyyət əldə edib. İnşallah, komandanın da qızıl medalları çox olar və Bəhreyndən də medalla qayıdarıq.

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://fanat.az
archiveBu xəbər 25 Sentyabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri