Icma.az
close
up
RU
Ülvü Qənizadə: Dünya çempionluğu məni arxayınlaşdırmamalıdır

Ülvü Qənizadə: Dünya çempionluğu məni arxayınlaşdırmamalıdır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 sentyabr, AZƏRTAC

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən dünya çempionatında qızıl və bürünc medal qazanan yunan-Roma güləşçiləri Ülvi Qənizdə və Eldəniz Əzizli öz nəticələri ilə bağlı təəssüratlarını bölüşüblər.

AZƏRTAC xəbər verir ki, 72 kiloqram çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Ü.Qənizadə mundialın çətin keçdiyini bildirib: “Ən çətin görüşüm final qarşılaşması oldu. Fransa güləşçisi ilə 3-cü dəfə qarşılaşırdım. Çox şükür, bu dəfə də qalib gəldim. Çətin, amma sonu gözəl oldu. Ümid edirəm ki, bundan sonra da belə nəticələrlə xalqımızı sevindirərəm. Bu nəticə məni arxayınlaşdırmamalıdır. Titulu qorumaq və sayını artırmaq lazımdır. Üzərimdə əziyyəti olan hər kəsə – federasiya rəhbərliyinə, məşqçilər heyətinə, həkim və masajçımıza, şəxsi məşqçimə təşəkkür edirəm. Bu çempionluqda onların rolu böyükdür. Ümid edirəm ki, gələcək yarışlarda da onların inamını doğruldacağam”.

Bürünc medalın sahibi Eldəniz Əzizli (55 kiloqram) isə bunları deyib: “Məqsədim beşinci dəfə dünya çempionu olmaq idi. İstəyimə tam nail olmasam da, medalsız qalmadım. Dünya çempionatlarında qazanılan medalların əyarına görə güləşdə ölkə rekordçusu idim. Bu yarışda 7-ci mükafatımı qazanmaqla artıq medal sayına görə də rekorda imza atdım. Buna görə sevinirəm. İldən-ilə gənclərlə rəqabət aparmaq çətinləşir. Ümid edirəm ki, bundan sonra mənim və komandam üçün daha yaxşısı olar”.

Mötəbər yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi 89 xalla komanda hesabında dünya ikincisi olub. İran (180) birinci, Özbəkistan (72) isə üçüncü yeri tutub.

Xatırladaq ki, yığmanın tərkibində Ülvü Qənizadə (72 kiloqram) qızıl, Həsrət Cəfərov (67 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) bürünc medal qazanıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri