Icma.az
close
up
RU
Ən uzunömürlü 8 İt Cinsi

Ən uzunömürlü 8 İt Cinsi

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Heyvansevərlər daim mübahisə edirlər: hansı itlər qoxusuzdur, tük tökmür, daha gözəl görünür və ya itaətkardır? Amma hər bir it sahibinin ən böyük arzusu – öz tüklü dostunun uzun və xoşbəxt həyat sürməsidir. Bəzi it cinsləri uzunömürlüdür və sahibinə on illərlə yoldaşlıq edə bilirlər.

Lent.az ən uzun ömürlü 8 it cinsini sizə təqdim edir:

Ən uzun yaşayan it cinsləri hansılardır?
Express nəşrinin paylaşdığı məlumata əsasən, britaniyalı ev itlərinin məlumat bazası araşdırılıb və ən uzun ömür sürən 8 cins müəyyən edilib. Bu cinslərin orta ömrü 11 ildən artıqdır, ən qısamüddətli ömürlü cins isə 5 ildən az yaşayır. (Araşdırmaya qarışıq cinsli itlər daxil edilməyib.)

Qeyd: Burada söhbət orta ömür müddətindən gedir. Yəni bəzi itlər daha az, bəziləri isə daha uzun yaşamış ola bilər. Həmçinin bir çox itlər qocalıqdan yox, qəza və xəstəliklər səbəbilə dünyasını dəyişir.

1. Cek-Rassel Teryer
Orta ömür: 12,72 il
Bu enerjili və həmişə hərəkətdə olan teryerlər dünyanın ən uzunömürlü it cinsi sayılır. Cek-Rassellər çox ağıllı, dözümlü və oyunçuldurlar. Məşhur mina axtaran it Patron da bu cinsdəndir.

2. Yorkşir Teryer (Yorşik)
Orta ömür: 12,54 il
Kiçik ölçüsünə baxmayaraq, yorşiklər cəsur və qərarlı olur. Onlar həm də möhkəm sağlamlıqları, sevgidolu xarakterləri və kompakt ölçüləri ilə sahiblərinin sevimlisidir.

3. Border-Kolli
Orta ömür: 12,10 il
Dünyanın ən ağıllı it cinsi hesab olunur. Öyrənmək qabiliyyəti, itaətkarlığı və aktiv həyatı sayəsində uzunömürlü olur. Onlar həm iş itləri, həm də ailə dostları kimi əvəzolunmazdır.

4. Springer-Spaniel
Orta ömür: 11,92 il
Britaniyanın ov itlərindən olan bu cins həmçinin xidmət iti kimi də istifadə olunur. Onlar ov zamanı quşları qorxudaraq qaldırmaq və ovçuya gətirmək üçün yetişdirilib.

5. Labrador Retrever
Orta ömür: 11,77 il
Dünyanın ən məşhur it cinsidir. Ağıllı, itaətkar və insanlara bağlı olduğu üçün həm kompanion, həm bələdçi, həm də xidmət iti kimi geniş istifadə olunur.

6. Staffordşir Bullteryer
Orta ömür: 11,33 il
Zahirən sərt görünsə də, bu cins əslində mərhəmətli və uşaqlara qarşı mehribandır. Onlar ailə ilə yaxınlıq qurmağı sevir və sadiq yoldaş kimi tanınır.

7. Koker-spaniel
Siyahıda olan daha bir spaniel cinsi – koker-spaniel – təxminən 11,31 il yaşayır. Əvvəllər ov üçün yetişdirilən bu cins, bu günlərdə ailə iti və dost kimi daha çox məşhurdur. Kokerlər çox enerjili və hərəkətli olur, üstəlik istədiklərinə nail olmağı da yaxşı bacarırlar.

8. Şi-tzu
Reytinqin sonunda isə Tibet mənşəli kiçik dekorativ it cinsi olan Şi-tzu yer alır. Onlar təxminən 11,05 il yaşayırlar. Oyuncaq görünüşlərinə baxmayaraq, çox möhkəm və dözümlü itlərdir. Şi-tzular sahiblərinə inanılmaz dərəcədə bağlıdır və tək qalmağı heç sevmirlər.

Uzunömürlü başqa cinslər:
Bundan başqa, Kavalier Kinq Çarlz spaniel, alman çoban iti (ovçarka), bokser və biql cinsləri də nisbətən uzunömürlü sayılır.

Ən qısa ömürlü it cinsləri:
Tədqiqatın nəticələrinə əsasən, ən az yaşayan it cinsləri bunlardır:

Mops

Amerika bulldoqu

İngilis bulldoqu – təxminən 7 il

Fransız bulldoqu – təxminən 4,5 il

Bu cinslərin burnunun yastı olması səbəbilə tənəffüs problemlərinə meyilli olmaları və zəif ürək sistemi onların ömrünü qısaldır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Mart 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see438

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see324

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see320

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see317

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see313

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see306

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see275

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see274

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see269

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see268

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see262

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see262

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see261

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see261

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see257

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see236

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see236

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see227

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see208

Yemək saatlarına DİQQƏT: Ömrünüzü qısaldır ARAŞDIRMA

21 Noyabr 2026 16:47see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri