Ən vacib dəqiqələrdə futbolçumuz qırmızı vərəqə aldı Rəşad Sadıqov
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçirdikləri cavab oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, o, məğlub olmaqlarına baxmayaraq, komandasından razı qaldığını bildirib:
“Futbolçularıma göstərdikləri əzmkar oyuna görə təşəkkür edirəm. Onlar bu gün mübariz oyun sərgilədilər. Baxmayaraq ki, səfərdə güclü rəqibə qarşı oynayırdıq. Lakin onlara qarşı təzyiq göstərməyə başlamışdıq. Qarşılaşmanın əvvəlində bu bizdə çox yaxşı alınırdı. Təəssüf ki, ən vacib dəqiqələrdə futbolçumuz qırmızı vərəqə aldı. Buna baxmayaraq hücumlarımız davam edirdi və qol vuraraq hesabı bərabərləşdirdik. Qarşılaşmanın əlavə hissəsində 10 nəfərlə oynamaq çox çətin idi. Daha sonra rəqib komandanın futbolçusu cərimə zərbəsindən çox gözəl qol vurdu. Oyundan qopmaq istəmədik, hesabı bərabərləşdirmək üçün cəhd etdik. Təəssüf ki, bu, bizdə alınmadı”.
“Zirə” və “Hayduk” arasında Bakıda baş tutan ilk matç bərabərə bitib – 1:1. Komandalar arasında “Polyud Stadium”da keçirilən cavab görüşündə isə ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 01 Avqust 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















