Icma.az
close
up
RU
Ən varlı ailələrindən biri ilə bağlı qalmaqal: Keçmiş zabit və kəşfiyyat rəhbəri ittiham olunur

Ən varlı ailələrindən biri ilə bağlı qalmaqal: Keçmiş zabit və kəşfiyyat rəhbəri ittiham olunur

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın ən varlı ailələrindən olan Blok ailəsinin varisi Kristina Blokun uşaqlarını qaçırma planı ilə bağlı mühakiməsi beynəlxalqmiqyaslı gizli əməliyyatın şok detalları ilə gündəmə gəlib. 

Qaynarinfo xəbər verir ki, məlumata görə, Danimarkada yaşayan keçmiş həyat yoldaşı Stefan Henseldən uşaqlarının qəyyumluğunu almaq istəyən Blok aralarında İsrail ordusunun sabiq zabitinin də olduğu qrupla iş birliyi edib.

İttihamlara görə, Hamburq mərkəzli restoran şəbəkəsi "Block House"un ortaqlarından olan Kristina Blok uşaqlarını qaçırmaq üçün İsrail ordusunun 504-cü bölməsində yüksək vəzifə tutmuş sabiq zabit David Barkay ilə razılığa gəlib. Hamburq polisi Barkayın əməliyyatı təşkil etdiyini, plana rəhbərlik etdiyini və iştirakçıları topladığını müəyyənləşdirib. Onunla yanaşı, döyüş sənətləri məşqçisi, "Dr. Nunchaku" ləqəbli Tal Sason və Barkayın tərəfdaşı Keren Tennenbaum Algem də əməliyyatda iştirakda ittiham olunur.

Müstəntiqlər müəyyən edib ki, şübhəlilər saxta adlarla Hamburqdakı dəbdəbəli "Grand Elysee" otelində qalıb və buranı qərargah kimi istifadə ediblər. Komandanın 200 gecə oteldə qalmasına təqribən 250 min avro xərclənib.


Bir şübhəli Cənubi Kiprdə yaxalandı

Qaçırmada iştirak edən şübhəlilərdən Tal Sason Cənubi Kiprdə saxlanılaraq Almaniyaya təhvil verilib. David Barkay, Keren Tennenbaum Algem və daha dörd israilli şübhəli barəsində beynəlxalq axtarış elan olunub. 

"Haaretz" qəzetinin məlumatına görə, məhkəmədə Tal Sason əməliyyata qatıldığını etiraf edib və özünü "uşaqları pis atadan xilas edən superqəhrəman" kimi hiss etdiyini söyləyib. Kristina Blok isə bütün ittihamları rədd edir və Barkayı yalnız kiber təhlükəsizlik yoxlamaları üçün işə götürdüyünü bildirir.

Alman kəşfiyyatının sabiq rəhbəri də şübhəlidir

Hadisədə Almaniyanın sabiq kəşfiyyat rəhbəri Auqust Hanninqin də adı keçir. İddiaya görə, Hanninq Blok ailəsi ilə israilli şübhəlilər arasında vasitəçilik edib. O isə məhkəmədə bütün iddiaları təkzib edib.


Hədəf - Ata haqqında qarayaxma kampaniyası

Polisin ələ keçirdiyi Barkaya məxsus qeyd dəftərində əməliyyatın planlaşdırılmasına dair ətraflı qeydlər aşkar olunub. Henselin Danimarkadakı evinin aylarla izlənməsi, evə gizli kamera yerləşdirilməsi, hətta dron istifadəsi planları sənədlərdə öz əksini tapıb. Habelə "Bay M" adlandırılan sabiq israilli jurnalistin Henselin etimadını qazanmaq üçün müsahibə bəhanəsi ilə evə daxil olmağa çalışdığı qeyd olunub.

İddialara görə, Blok və Barkay Henseli pedofiliya ilə günahlandıran saxta kiber hesabatlar hazırlayıb və bu sənədləri polisə təqdim edib. Ancaq araşdırmalar nəticəsində hesabatların saxta olduğu üzə çıxıb və istintaq Blokun özünə yönləndirilib. Bu plan uğursuz alındıqdan sonra uşaqların zorla qaçırılması planına keçilib.


Qaçırma əməliyyatı

2023-cü ilin 31 dekabr gecəsi maskalı şəxslər Danimarkanın Qraasten şəhərində Henselə hücum edərək onun 10 yaşlı oğlu Teo və 13 yaşlı qızı Klaranı qaçırıb. Uşaqlar əvvəlcə meşəlik ərazidən Almaniya sərhədinə aparılıb və orada gözləyən maşına mindiriliblər. Beş saatlıq səyahətdən sonra onlar Ştutqart yaxınlığındakı alpaka fermasına gətirilib.

Ertəsi gün uşaqlar anası Kristina Bloka təhvil verilib. O, onları Baden-Vürtemberq əyalətindəki bir kənd evinə aparıb. Henselin uşaqlarına taxdığı siqnal cihazı sayəsində polis tezliklə izə düşüb və axtarışlara başlayıb. Qısa müddət sonra Blok uşaqları polisə təhvil verib, daha sonra isə Almaniya hakimiyyəti onları Danimarkaya qaytarıb.

Xarici mediada dərc olunan xəbərlərdə bildirilir ki, davam edən məhkəmə "beynəlxalq cinayət şəbəkəsinin və qəyyumluq uğrunda mübarizənin fövqəladə metodlarının araşdırıldığı mürəkkəb bir hüquqi proses" kimi xarakterizə olunur.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri