Icma.az
close
up
RU
Ən yaxşı məktəblər açıqlandı

Ən yaxşı məktəblər açıqlandı

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə-Daşkəsən regionu üzrə respublikanın ən yaxşı məktəblərinin siyahısı açıqlanıb.

Modern.az xəbər verir ki, "AzEdu.az"ın məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Gəncə şəhəri üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 3612 şagird bitirib, onların 3606 nəfəri buraxılış imtahanında iştirak edib. Şəhər məzunlarının 329 nəfəri 500-dən, o cümlədən 105 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 27 nömrəli riyaziyyat-informatika təmayüllü lisey daxil edilib. Şəhərin ən yaxşı məktəbləri sırasında isə 4 və 11 nömrəli tam orta məktəblər qeyd olunub.

Goranboy rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1080 şagird bitirib, onların 1076 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 79 nəfəri 500-dən, o cümlədən 22 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 3 nömrəli şəhər və N.Aslanov adına Tapqaraqoyunlu kənd tam orta məktəbləri daxil edilib. Rayonun ən yaxşı məktəbi sırasında isə T.Sadıqov adına Faxralı kənd tam orta məktəbi göstərilib.

Göygöl rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 754 şagird bitirib, onların 753 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 41 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına Texniki və təbiət fənləri təmayüllü lisey daxil edilib. Rayonun ən yaxşı məktəbləri sırasında isə 3 nömrəli şəhər və Üçtəpə kənd tam orta məktəbləri yer alıb.

Daşkəsən rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 168 şagird bitirib, onların 167 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 8 nəfəri 500-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbi sırasında 2 nömrəli şəhər tam orta məktəbi qeyd olunub. Respublika üzrə yaxşı məktəblər siyahısında isə rayonun heç bir təhsil müəssisəsi yer almayıb.

Naftalan şəhəri üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 111 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Şəhər məzunlarının 8 nəfəri 500-dən, o cümlədən 2 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il qəbul imtahanlarında 3 məktəbin məzunları iştirak etsə də, respublika üzrə yaxşı məktəblər və ya şəhərin ən yaxşı məktəbləri sırasında hər hansı təhsil müəssisəsi qeyd olunmayıb.

Samux rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 587 şagird bitirib, onların 583 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 36 nəfəri 500-dən, o cümlədən 11 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında S.Əliyev adına Samux şəhər 2 nömrəli tam orta məktəbi qeyd olunub. Respublika üzrə yaxşı məktəblər siyahısında isə rayonun heç bir təhsil müəssisəsi yer almayıb.

Beləliklə, Gəncə-Daşkəsən regionu üzrə 500-dən yuxarı bal toplayan məzunların sayına görə Gəncə şəhəri (329 nəfər) ilk sırada qərarlaşıb. Region üzrə respublikanın ən yaxşı məktəbləri siyahısında Gəncə, Goranboy və Göygölün təhsil müəssisələri yer alıb. Bununla yanaşı, Daşkəsən və Samuxda da yüksək nəticə göstərən məktəblər fərqləndirilib. Naftalan şəhərində isə bu il respublika üzrə yaxşı məktəblər və şəhərin ən yaxşı məktəbləri sırasında hər hansı təhsil müəssisəsi qeyd edilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri