“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” Yamal
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
İspaniya milli komandasının və Kataloniyanın “Barselona” klubunun hücumçusu Lamin Yamal bütün dövrlərin ən yaxşı futbolçusunun kimliyi ilə bağlı suala qəti cavab verib.
“Qafqazinfo” “Barca Universal” nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı ulduz keçmişdə “Barselona”da çıxış etmiş, hazırda isə ABŞ-nin “İnter Mayami” klubunun şərəfini qoruyan Lionel Messini fərqləndirib.
“Mənim seçimim Messidir. Mən çox futbol izləmişəm və heç kim məni Leo qədər təəccübləndirməyib. Onun uğurları özü hər şeyi deyir. Messi unikaldır. Argentinanın heyətində Dünya Çempionatında nəyə nail olduğuna və indi nə etməyə davam etdiyinə baxmaq kifayətdir. Mənim üçün burada hər şey aydındır və ikinci bir fikir ola bilməz”, – deyə ispan futbolçu bildirib.
Xatırladaq ki, Lamin Yamal və Lionel Messi bu il “Qızıl top” (Ballon d'Or) mükafatına namizədlər siyahısındadırlar. Nüfuzlu mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 29 Sentyabr 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















