Endi Börnhem Nazirlər Kabinetinin ilk iclasını keçirib
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem Nazirlər Kabinetinin ilk iclasını keçirib.
AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl yeni hökumətin nazirləri 10 Dauninq Stritə, Baş nazirin rəsmi iqamətgahına gəlməyə başlayıblar. Kabinet iclasında iştirak etmək üçün əvvəlcə mənzil məsələləri üzrə nazir Metyu Pennikuk və təhsil naziri Lüsi Pauell Dauninq Stritə gəliblər.
Daha sonra müdafiə naziri Ues Stritinq, Şimali İrlandiya üzrə dövlət katibi Kris Brayant və yenidən mənzil məsələləri naziri təyin edilən Ancela Reyner Baş nazirin iqamətgahına daxil olublar. Yeni maliyyə naziri Con Hili də ilk kabinet iclasında iştirak etmək üçün Dauninq Stritə gəlib. O, Kir Starmer hökumətində müdafiə naziri vəzifəsində çalışsa da, müdafiə xərcləri ilə bağlı fikir ayrılığı səbəbindən istefa vermişdi.
Bundan başqa, bərabərlik məsələləri naziri Bricit Fillipson və ətraf mühit naziri Ancela İql da ilk kabinet iclasında iştirak etmək üçün Dauninq Stritə gəliblər.
İclasda Endi Börnhem hökumətin əsas prioritetinin əhalinin yaşayış xərclərinin azaldılması olacağını bildirib.
Qeyd edək ki, Endi Börnhem hökumətinin tərkibi bazar ertəsi axşam açıqlanıb. Yeni Baş nazir əvvəlki hökumətin bir sıra nazirlərini vəzifədən azad edərək yeni kabinet formalaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 21 İyul 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















