Icma.az
close
up
RU
Üçrəngli bayrağımızın dalğalandığı bütöv Azərbaycanda Novruz bayramı

Üçrəngli bayrağımızın dalğalandığı bütöv Azərbaycanda Novruz bayramı

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan xalqının tarixində, mədəniyyətində qədim izləri olan əlamətdar hadisələrdən biri də Novruz Bayramıdır. Zaman-zaman torpaqlarımızda hakim olmaq istəyən yad mədəniyyətlər bu bayramı xalqımıza unutdurmaq, onu kənar mədəniyyətlərin nümunəsi kimi təqdim etmək üçün bütün yollara əl atdılar. Lakin genetik yaddaşımız, böyük mədəniyyətimizin ölməz kodları buna heç vaxt imkan vermədi.

Sonuncu belə cəhd sovet hakimiyyəti illərində bu əziz bayramın keçirilməsinə qadağa qoyulması idi. Azərbaycan xalqının türk-müsəlman və şərqli bir toplum olduğunu onun yaddaşından silmək istəsələr də, buna nail ola bilmədilər. Ötən əsrin 60-cı illərin sonlarından respublikaya rəhbərlik edən milli qüvvələrin sayəsində Novruz bayramı yenidən ümummilli səviyyədə qeyd olunmağa başladı. Həmin illərdə ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev sonralar bu bayramın əhəmiyyəti haqqında deyirdi:“Bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir”.

Onun Azərbaycan üçün gördüyü əvəzsiz işləri davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Artıq neçə ildir ki, Novruz bayramı Azərbaycanın bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş Qarabağ torpaqlarında qeyd olunur. Minillərdir o torpaqlarda hakim olmuş mədəniyyət yenidən öz yuvasına geri dönüb.

Prezident İlham Əliyev Vətən Müharibəsindən sonrakı ilk Novruz bayramı günlərində – 20 mart 2021-ci il tarixində xalqımızı Şuşadan təbrik edərək, deyirdi: “Biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik”.

Azərbaycan Prezidenti 20 mart 2022-ci il tarixində Suqovuşanda, 18 mart 2023-cü il tarixində Talışda, 18 mart 2024-cü il tarixində Xankəndidə Novruz tonqalını yandıraraq, xalqımızı təbrik etmiş və bildirmişdi ki, xalqımız əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmiş bir gənclik yetişdirdi. Həmin gənclər Azərbaycan Ordusunun əsgər və zabitləri kimi torpaqlarımız üzərində dövlətimizin suverenliyini bərpa etdilər.

Bu günlərdə ölkəmiz və xalqımız öz tarixinin ən qədim bayramlarından olan Novruzu qeyd edir. Azərbaycan Respublikasının üçrəngli bayrağının altında, bərpa olunmuş sərhədlərimizin daxilində növbəti sevincli günləri yaşayırıq. Lakin onu da unutmaq olmaz ki, bu böyük bayramın sərhədləri daha genişdir, dünyanın hər yerində yaşayan azərbaycanlılar da bu Vətənin bir parçası kimi əzəmətli bayramı bizimlə birgə qeyd edirlər.

Rövşən ƏHMƏDOV,

YAP Ağcabədi rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri