Icma.az
close
up
RU
Ənənəvi kafedra sistemi ləğv olunur: Azərbaycanda İLK

Ənənəvi kafedra sistemi ləğv olunur: Azərbaycanda İLK

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UNEC-də ənənəvi kafedra sistemi ləğv edilir. Belə ki, bu barədə universitetin rektoru, professor Ədalət Muradov məluma verib. Rektor vurğulayıb ki, UNEC-də akademik və inzibati idarəetməni bir-birindən ayırmaqla yeni idarəetmə sisteminin qurulması prosesi davam edir. Əsas hədəf akademik qərarlara inzibati dəstək vermək, inzibati qərarları isə akademik məqsədlərə uyğunlaşdırmaqdır.

Bu məqsədlə UNEC-də Sovet kafedra sistemi ləğv edilib və kafedraların departamentləşməsi prosesi davam edir.

Modern.az xəbər verir ki, AzEdu.az mövzu ilə bağlı universitetə sorğu ünvanlayıb.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) əldə etdiyimiz məlumata görə, UNEC-də həyata keçirilən struktur islahatlarının əsas hədəfi akademik fəaliyyətin səmərəliliyini artırmaq və idarəetmədə müasir standartları tətbiq etməkdir:

"Kafedraların ləğvi və departamentləşmə modelinə keçid, ilk növbədə idarəetmənin optimallaşdırılması və tədrisin səmərəliliyinin artırılması zərurətindən irəli gəlib. Yeni strukturda akademik rəhbərlik yalnız tədrisin məzmunu və keyfiyyətinə məsuliyyət daşıyır, inzibati heyət isə bütün sənədləşmə və texniki işləri öz üzərinə götürür ki, bu da qərarların daha çevik və hədəfəyönümlü qəbuluna şərait yaradır.

Bu yanaşma qərarvermə prosesini mərkəzləşdirməklə yanaşı, diqqəti birbaşa tədrisin keyfiyyətinə yönəldir və fənlərin daha geniş, fənlərarası (interdisciplinary) metodologiya ilə tədrisinə geniş imkanlar açır.

Departamentləşmə prosesi müəllimlərin əsas fəaliyyət istiqaməti olan tədris və elmi-tədqiqat işlərinə daha dərindən fokuslanmasına imkan verir. Eyni zamanda, müəllimlərin iş yükü və əmək müqavilələri müasir beynəlxalq standartlara uyğunlaşdırılır.

Hazırda UNEC-də iki akademik departament fəaiyyət göstərir: Ümumi Fənlərin Təşkili Departamenti və Xarici Dillər Departamenti. Digər kafedraların departamentləşdirilməsi istiqamətində işlər davam etdirlir. 

Hələ bütün kafedralar departamentləşdirilməyib və bu proses mərhələli şəkildə davam edir. Qeyd edək ki, işlər 3-4 il əvvəl başlayıb, yekunlaşma tarixi isə hələ məlum deyil".

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, ümumilikdə, bu gün mövcud olan kafedra sistemi bizə Sovet dövründən miras qalmış bir modeldir:

"Həmin sistem o dövrdə formalaşıb və hazırda dünyanın müxtəlif ölkələrində onun üzərində yenidən işlənilir. Artıq departament əsaslı fəaliyyət modeli gündəmdədir və bəzi Azərbaycan universitetləri də bu yanaşmanı tətbiq etməyə başlayıblar.

Hesab edirəm ki, bu addım ümumi inkişaf prosesinə mühüm töhfə verə bilər. Ümumiyyətlə, təhsil sisteminə yeni idarəetmə modellərinin gətirilməsi vacibdir və biz bu istiqamətdə addımlar atmalıyıq. İnanıram ki, UNEC bu məsələni ciddi şəkildə araşdırıb və atılan bu addım təhsilin idarə olunmasına, tədris və təlim proseslərinin daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcək. Yaxın gələcəkdə bu dəyişikliklərin nəticələrini görəcəyimizə və prosesin daha da irəliləyəcəyinə inanıram.

Bu baxımdan, həyata keçirilən yeniliklərə uğurlar arzulayıram. Qarşımızda duran əsas məqsəd idarəçiliyin təkmilləşdirilməsi və təhsilin keyfiyyətinin artırılmasıdır. Atılan bütün addımların hədəfi məhz budur və biz bu istiqamətdə irəliləməyə davam etməliyik".

Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki,ümumiyyətlə kafedra kürsü deməkdir:

"Əslində, kafedralar daha çox bir istiqamət üzrə müəyyənləşdirilir. Hətta UNEC-in özündə vaxtı ilə ayrı-ayrılıqda bir ixtisasın bir neçə kafedrası var idi. Bir ixtisas, bir kafedra modeli olmalıdır, çünki tələbə bir sistem çərçivəsində işləməlidir. Kafedralar kiçikdir, lakin departament daha genişdir. Nəzərə alsaq ki, dünyada fənlərarası tədqiqatlar aparılır, qrantları departamentlər üzərindən cəlb etmək məhsuldarlığı artırmağa imkan verir.

Belə bir müqayisə aparsaq, kafedralar daha kiçik, əhatə dairəsi dar və ixtisaslaşmış olur. Amma departamentlər daha geniş resurslardan səmərəli istifadə imkanına malikdir. Türkiyədə departamentlərin tərkibində dar ixtisaslaşmalar mövcuddur. Bu baxımdan, əlbəttə ki, departamentləşmə prosesinə keçmək müasir dövrün əsas çağırışlarından biridir. Burada həmçinin qərarvermə sürətlənir və məsuliyyət aydınlaşır.

Xatırlayıram ki, əvvəllər bir ixtisas üzrə 5 kafedra var idi. Burada iki sual ortaya çıxır: Biz müəllimlərin sayını və ya yükünü artırmaq istəyirik, yoxsa tələbənin ehtiyacını? Tələbənin və əmək bazarının ona ehtiyacı varmı?

Bu dəyişikliklər qlobal universitet modeli ilə uyğunlaşmağa cavab verir. Kafedra sistemində eyni fənni bəzən bir neçə kafedra tədris edirdi. Hər bir kafedra üçün kabinet, laboratoriya və s. nəzərə alınsa, görün nə qədər büdcə tələb olunur. Bu prosesin həyata keçirilməsini doğru addım kimi dəyərləndirirəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Fevral 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri