Icma.az
close
up
RU
Ənənəvi polis maşınları elektromobillərlə əvəzlənəcək? FOTO

Ənənəvi polis maşınları elektromobillərlə əvəzlənəcək? FOTO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elektrikli avtomobillərin istifadəsinin artması ilə yanaşı, polis idarələri də son illərdə patrul maşınlarını elektrik modelləri ilə əvəz etməyə başlayıblar.

Avtosfer.az xəbər verir ki, lakin geniş yayılmış təsəvvürün əksinə olaraq, elektriklə işləyən polis avtomobili ideyası heç də yeni deyil. Tarixdə ilk rəsmi polis avtomobili 125 il əvvəl məhz elektrik mühərriki ilə yola çıxıb və bu, həmin dövr üçün böyük texnoloji yenilik hesab olunurdu.

ABŞ-nin Ohayo ştatının Akron şəhəri 1899-cu ildə “Collins Buggy” şirkətinin istehsal etdiyi elektrikli polis avtomobilini xidmətdə istifadə edib. Təxminən 2,3 ton ağırlığında olan bu nəqliyyat vasitəsi 4 at gücündə iki ədəd elektrik mühərriki ilə işləyirdi və maksimum 29 kilometr-saat sürət yığa bilirdi. Patrul təqibləri üçün istifadə edilməsə də, polis əməkdaşlarını və məhbusları daşımaq üçün kifayət qədər funksional idi. Hətta avtomobilin ilk sərnişini içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs olunan bir şəxs olub.

20-ci əsrin əvvəllərində elektrik avtomobilləri benzinli modellərə nisbətən daha populyar idi. 1899-cu il üzrə ABŞ məlumatlarına əsasən, həmin dövrdə ölkədə elektrik avtomobillərinin sayı benzinlə çalışan avtomobillərin sayından daha çox olub. Buna görə də o illərdə elektrik polis maşınlarının istifadəsi tamamilə məntiqli görünürdü. Lakin 1908-ci ildə Henri “Ford T” modelini kütləvi istehsala buraxması ilə vəziyyət dəyişdi. Ucuzlaşan benzinli avtomobillər sürətlə bazara hakim oldu və elektrik modelləri tədricən arxa plana keçdi.

Elektrikli avtomobillərdən benzinli patrul maşınlarına tam keçid isə 1909-cu ildə Detroitdə baş verdi. Polis komissarı Frank Croul büdcə çatışmazlığı səbəbindən şəxsi vəsaiti ilə 350 dollara “Packard 30 Touring Car” alaraq ilk benzinli polis avtomobilinin əsasını qoydu. Bu avtomobil cəmi bir il ərzində 2200-dən çox çağırışa çıxaraq özünü doğrultdu və şəhərdə benzinlə işləyən polis parkının formalaşmasına səbəb oldu. 1920-ci illərdə böyük neft yataqlarının kəşfi və benzin mühərriklərinin inkişafı nəticəsində uzun illər polis avtomobilləri demək olar ki, yalnız benzinlə işləyib.

Elektrikli polis avtomobillərinin müasir dövrdə yenidən populyarlaşması 2009-cu ildə İngiltərənin West Midlands Polis İdarəsinin “Mitsubishi MiEV” modellərini sınaqdan keçirməsi ilə başladı. Bu təşəbbüsdən sonra müxtəlif ölkələrdə oxşar sınaqlar həyata keçirildi. 2016-cı ildə Los-Anceles Polis İdarəsi yüzlərlə “BMW i3” almağı planlaşdırdı, Cənubi Pasadena isə 2024-cü ilə qədər patrul parkını tamamilə “Tesla” modellərinə keçirməyi açıqladı. Bununla belə, bəzi sınaqlar uğurlu olmayıb. Məsələn, “BMW i3” performans baxımından zəif qiymətləndirilib, eləcə də bəzi polis bölmələri “Tesla” modellərinin müəyyən əməliyyatlar üçün “praktiki olaraq yararsız” olduğunu bildiriblər.

Bütün çətinliklərə baxmayaraq, bu təcrübələr yeni nəsil elektrik polis avtomobillərinin – “Ford Mustang Mach-E” və “Chevrolet Blazer EV PPV” kimi xüsusi hazırlanmış modellərin meydana çıxmasına səbəb olub. Elektrikli nəqliyyat vasitələrinin səssiz işləməsi, aşağı servis xərcləri, daha ucuz istismar olunan enerji mənbəyi və ekoloji üstünlükləri səbəbilə gələcəkdə polis idarələrinin elektrik avtomobillərinə keçidi daha da sürətləndirəcəyi gözlənilir. Yeni batareya texnologiyaları, daha geniş məsafə ehtiyatı və sürətli şarj imkanlarının inkişafı bu keçidi dəstəkləyir.

Hazırkı proqnozlara əsasən, yaxın illərdə patrul xidmətində elektrik avtomobillərinin payı sürətlə artacaq və polis parkları tamamilə yeni nəsil, ekoloji təmiz və texnoloji üstünlüklərə malik nəqliyyat vasitələri ilə yenilənəcək.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Noyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri