Rusiya kəşfiyyatı: Zelenski bu şəxslə əvəzlənəcək
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ və Britaniya nümayəndələri bu yaxınlarda Alp dağlarında Ukrayna Prezident Administrasiyasının rəhbəri Andre Yermak, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının iştirakı ilə görüş keçiriblər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Qurumun iddiasına görə, ABŞ və Britaniyanın təşkil etdiyi görüşdə iştirak edənlər Prezident Volodimir Zelenskinin dəyişdirilməsinin vaxtının çatdığı barədə razılığa gəliblər.
Rusiya xarici kəşfiyyatı bildirib ki, gizli görüş zamanı Zalujnının Ukrayna prezidenti postuna namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 29 İyul 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















