Icma.az
close
up
RU
Energetik içkilər uşaq və yeniyetmələr üçün təhlükədir Mütəxəssislərdən XƏBƏRDARLIQ

Energetik içkilər uşaq və yeniyetmələr üçün təhlükədir Mütəxəssislərdən XƏBƏRDARLIQ

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gənclər arasında enerji içkilərinin istifadəsi son illər sürətlə artıb və bu, ciddi narahatlıq doğurur. Marketlərdə ucuz emerji içkiləri asanlıqla əlçatandır. Reklamların və sosial medianın təsiri ilə bu içkilər zərərsiz enerji mənbəyi kimi təqdim olunur. Gənclər gündəlik həyatlarında bu vərdişi sağlamlıqlarını riskə ataraq davam etdirirlər. Enerji içkilərinin tərkibi və reklam strategiyaları gəncləri aldadaraq onları təhlükəli vərdişlərə sövq edir. Bu isə bir yandan ictimai səhiyyə üçün ciddi çağırışdır, digər yandan isə valideynlərin və məktəblərin məsuliyyətini gündəmə gətirir. 

Görünən odur ki, enerji içkiləri sadəcə “zərərsiz enerji” deyil, gənclərin sağlamlığına qarşı səssiz və gizli bir təhlükə olaraq gündəlik həyatımızda yer alır. Bu zaman belə bir sual yaranır; ictimaiyyət bu təhlükəni niyə hələ də ciddi qəbul etmir?

Tibb elmləri doktoru Adil Qeybulla Avtosfer.az-a açıqlamasında təəssüflə bildirib ki, bu mövzuda kifayət qədər təbliğat getmir: “Təəssüflər olsun ki, energetik içkilərdən istifadə son illər xüsusilə gənclər və uşaqlar arasında getdikcə artmaqdadır. Məktəbli uşaqlar bufetlərdən və mağazalardan bu içkiləri alır. Halbuki onlara satış qadağan olunmalıdır. Energetik içkilərin tərkibindəki kofein və taurin maddələri insan orqanizminin tonuslanmasına hesablanıb, eyni zamanda ürək əzələsini aşırı dərəcədə yorur. Bəzən gün ərzində bir neçə enerji içkisi qəbul edildikdə bu təsir ürək əzələsində daha da artır, döyünməni və gücü yüksəldir, nəticədə ürək əzələsinin resursları azalır. Hətta məlumatlar var ki, ürək əzələsinin gücünü itirməsi, kardiomiopatiyanın inkişafı kimi ağırlaşmalara da səbəb ola bilər. Bununla yanaşı, bəzi şaiyələrə görə, enerji içkilərinə müəyyən alışdırıcı maddələr də qatılır ki, bu da davamlı asılılıq yarada bilər. Bu isə birbaşa təsdiq olunmayıb, amma prosesin mahiyyətinə uyğun bir iddiadır. Hər halda, gənclərin bu içkilərə aludə olması və onlardan vaz keçməkdə çətinlik çəkməsi müəyyən şübhələr yaradır. Elan olunan tərkib özü gənclər üçün təhlükəlidir. Ona görə də hesab edilir ki, gənclər, xüsusilə uşaqlar, bu içkilərdən uzaq durmalıdırlar. Çünki davamlı istifadə arzu olunmayan ciddi nəticələrə səbəb ola bilər”.

Qida mütəxəssisi İlkin Şirinov isə bildirib ki, enerji içkilərin uşaqlar üçün uzaqdan-yaxından heç bir faydası yoxdur. İstər ucuz, istərsə də keyfiyyətli enerji içkilər olsun, hər ikisi risklidir. Aralarındakı fərq əsasən qablaşdırma və marketinq məsələləri ilə bağlıdır: “Ucuz enerji içkilərində adətən daha çox sintetik kofein, ucuz dadlandırıcılar və boyalardan istifadə olunur. Keyfiyyətli markalarda isə kofein bəzən təbii mənbələrdən əldə edilə bilər. Bu içkilər nisbətən daha balanslı tərkibə malik ola, keyfiyyətə nəzarət və standartlar daha stabil şəkildə həyata keçirilə bilər, formulu isə daha balanslı ola bilər. Lakin nəzarət və istehsal mədəniyyətini bir kənara qoysaq, əsas məsələ ondan ibarətdir ki, məhsulun premium olması onun təhlükəsiz olması demək deyil. Enerji içkilər keyfiyyətindən asılı olmayaraq təhlükə daşıyır. Çünki risk mənbəyi təkcə tərkibin keyfiyyəti deyil, içkilərin öz mahiyyətidir. Yüksək kofein miqdarı ürək döyüntüsünün artmasına, təzyiqin qalxmasına, şəkər yükünün yüksəlməsinə, insulin müqavimətinin yaranmasına, taurin və digər stimulyatorlar isə sinir sistemində yüklənməyə səbəb olur. Bu baxımdan, uşaqlarda və yeniyetmələrdə enerji içkilərinin asılılıq yaratması riski mövcuddur və bu, birmənalı şəkildə özünü göstərir. Bu içkilər yuxu pozuntularına, sinir sistemi problemlərinə, əsəbilik və davranış dəyişikliklərinə səbəb ola bilər”.

Mütəxəssisin sözlərinə görə,  bu gün valideynlərin əksəriyyəti məktəblilərin enerji içkilərdən istifadəsi barədə kifayət qədər məlumatlı deyil. Uşaqlar bu içkiləri rahat şəkildə alır və istifadə edirlər. “Bir dənə ilə heç nə olmaz” kimi yanlış bir fikir formalaşıb və bəzən valideynlər də bu düşüncəni bölüşürlər. Halbuki təkcə bir enerji içkisi belə ürək ritminin pozulmasına, təzyiqin qalxmasına, əsəbilik və aqressiyanın yaranmasına səbəb ola bilər. Davamlı istifadə isə asılılıq yaradır. Ümumilikdə, 18 yaşına çatmamış şəxslər üçün enerji içkilər risklidir. Şəxsi mövqeyimə görə, bu içkilər uşaqlar və yeniyetmələr üçün təhlükə daşıyır. Təəssüf ki, valideynlər və məktəblər çox vaxt bu məsələyə lazımi diqqət yetirmir, onu təhlükə kimi qəbul etmirlər. Əgər bir uşaq səhər dərsə enerji içkisi içərək gedirsə bu, açıq şəkildə valideyn nəzarətsizliyidir”.

İlkin Şirinov deyir ki, məktəblərdə bu mövzuda maarifləndirici dərslərin və ya söhbətlərin aparılıb-aparılmaması sual altındadır. 

Nurcan Babək

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Dekabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri