Energetika naziri Ağsuda vətəndaşları qəbul edib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Energetika naziri Pərviz Şahbazov Ağsu rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
XQ xəbər verir ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, elektrik verilişi xətlərinin mühafizə zonası, elektrik enerjisinin fasilələrlə verilməsi, elektrik enerjisinin keyfiyyəti, elektrik xətlərinin istismar vəziyyəti, qaz sayğaclarının dəyişdirilməsi, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Ağsu, Ağcabədi, Göyçay rayonlarından olan 14 vətəndaş iştirak edib.
Baxış sayı:155
Bu xəbər 19 Mart 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















