Icma.az
close
up
RU
Energetika naziri: COP29 Azərbaycanın yaşıl enerji keçidinə sadiqliyini əks etdirən əlamətdar uğurlarla müşayiət olundu

Energetika naziri: COP29 Azərbaycanın yaşıl enerji keçidinə sadiqliyini əks etdirən əlamətdar uğurlarla müşayiət olundu

Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.

Bu gün COP platformasında 5 komponentdən ibarət olan 3 əsas enerji təşəbbüsünü elan etdik. Birinci təşəbbüs, tamamilə Azərbaycan təcrübəsinə əsaslanan və yaşıl enerji dəhlizlərinin, həmçinin yaşıl enerji zonalarının yaradılmasını təşviq edən “Yaşıl enerji vədi”dir. İkinci təşəbbüs isə “Enerji saxlama və şəbəkələr öhdəliyi”dir ki, bu da 2030-cu ilə qədər qlobal enerji saxlama gücünü altı dəfə artıraraq 1500 QVt-a çatdırmağı və 2040-cı ilə qədər 90 milyon kilometr şəbəkə əlavə etməyi hədəfləyir. Üçüncü təşəbbüsümüz “COP29 hidrogen bəyannaməsi”dir.

Bu təşəbbüslər Azərbaycanı bərpaolunan enerjinin inkişafı və ixracında lider mövqeyə yüksəltməklə yanaşı, genişmiqyaslı ötürmə, uzaq potensial enerji mənbələrinin istehlak mərkəzləri ilə əlaqələndirilməsi, enerji təchizatı ilə tələbat arasında tarazlığın təmin edilməsi və böyük həcmdə yaşıl enerji güclərinin şəbəkəyə inteqrasiyası ilə qlobal miqyasda təmiz enerjinin inkişafını sürətləndirmək üçün unikal imkanlar yaradır. COP29 bütün ölkələri bu öhdəliklərə qoşulmağa, enerji keçidimizi və iqlim fəaliyyətimizi gücləndirmək və dünyamız üçün dayanıqlı bir gələcək qurmaq naminə birliyə çağırır.

"Operativ Media" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib. 

Nazirin sözlərinə görə, COP29 Azərbaycanın yaşıl enerji keçidinə sadiqliyini əks etdirən əlamətdar uğurlarla müşayiət olundu: "Yaşıl enerji zonası - Şərqi Zəngəzurda bp şirkəti ilə ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsi olan 240 MVt gücündə stansiyanın təməlini qoyduq. "Xəzər-Avropa yaşıl enerji dəhlizi" üzrə nazirlərin 9-cu iclasını keçirdik və layihənin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələri ilə tanış olduq. Eyni zamanda, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş imzalandı, Səudiyyə Ərəbistanının bu üçtərəfli layihəyə mühüm tərəfdaş kimi qoşulmasını təmin edən sənədlər qəbul olundu. Bundan əlavə, Çinin 6 şirkəti ilə 6 müqavilə imzalandı, Azərbaycan öz hidrogen strategiyasını elan etdi və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə Paris Sazişi kontekstində enerji planlaşdırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzaladıq. Bu gün İƏT Təmiz Enerji Mərkəzinin açılışını edəcəyik. Sabah isə 760 MVt gücündə iki Günəş elektrik stansiyasının maliyyələşdirilməsi ilə bağlı yekun qərar veriləcək. Noyabrın 21-də 100 MVt gücündə Günəş elektrik stansiyası üzrə ilk hərracın nəticələri elan ediləcək.

Bütün bunlar Azərbaycanın enerji sahəsindəki əzmkarlığını və yaşıl gələcək naminə qlobal həmrəyliyə sadiqliyini nümayiş etdirir. COP29 təşəbbüsləri, yalnız ölkəmizin deyil, bütün dünyanın dayanıqlı enerji gələcəyinə töhfə verməyə yönəlmiş əhəmiyyətli addımlardır. Bu yolda bizə qoşulan hər kəsə dərin təşəkkürümüzü bildiririk".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 15 Noyabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri