Icma.az
close
up
RU
Energetika naziri Brüsseldə Azərbaycanın enerji səmərəliliyi və yaşıl enerji kursundan danışıb

Energetika naziri Brüsseldə Azərbaycanın enerji səmərəliliyi və yaşıl enerji kursundan danışıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 iyun, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Belçikanın Brüssel şəhərində keçirilən Beynəlxalq Enerji Agentliyinin (IEA) enerji səmərəliliyi üzrə 10-cu illik Qlobal Konfransında iştirak edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir “Məlumatlılıq, ambisiya və fəaliyyət” mövzusunda yüksək səviyyəli paneldə və nazirlərin dəyirmi masasında enerji səmərəliliyinin enerji təhlükəsizliyi və qlobal iqlim hədəflərinin reallaşdırılmasına verdiyi töhfələr, eləcə də Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasət barədə fikirlərini bölüşüb. Enerji səmərəliliyinə nail olmaq üçün investisiyalar, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın vacibliyi qeyd olunub.

Təmiz enerjiyə keçidin əsas dayaqları olan bərpaolunan enerji və enerji səmərəliliyinin Azərbaycanın sosial-iqtisadi inkişaf və müasir enerji siyasətinin strateji prioritetləri olduğu vurğulanıb. Azərbaycanın təmiz ətraf mühitə malik yaşıl artım ölkəsi kimi inkişafı istiqamətində qısa müddətdə enerji səmərəliliyi üzrə müasir qanunvericilik bazasının və müvafiq fondun yaradıldığı qeyd edilib. Energetika naziri Pərviz Şahbazov deyib ki, enerji səmərəliliyinin nümunəvi modeli isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “yaşıl enerji zonası” elan olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində tətbiq olunur: “Bu ərazilərdə sıfırdan qurulan “ağıllı şəbəkə”lər, qabaqcıl enerji səmərəliliyi standartları və rəqəmsal idarəetmə infrastrukturunun istifadəsi ilə yanaşı, 2030-cu ilə qədər ümumi gücü 1,6 QVt olan 90 bərpaolunan enerji stansiyasının inşası planlaşdırılır. Bu stansiyalar hesabına ildə 1 milyard kubmetrə qədər təbii qaza qənaət ediləcək, istixana qazı emissiyaları isə 2 milyon tondan artıq azaldılacaq”.

Həmçinin bildirilib ki, 2030-cu ilə qədər enerji sisteminə 2,7 QVt, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ixrac üçün 4 QVt olmaqla, ümumilikdə 6,7 QVt gücündə yaşıl enerji layihələri icra edilir. Ölkəmizdə quraşdırılmış enerji gücündə yaşıl enerjinin payının 38 faizə çatdırılması ilə bərabər, bu güclərin hesabına ümumilikdə 4,4 milyard kubmetr həcmində təbii qazın istehlakının qarşısı alınacaq.

“Azərbaycanı Avropanın enerji keçidində mühüm yaşıl enerji təchizatçısına çevirəcək, Xəzər hövzəsini, Mərkəzi Asiyanı, Türkiyə və Avropanı əlaqələndirəcək yaşıl enerji interkonnektorlarının icrası da prioritetlərimiz sırasındadır. Enerji itkilərini azaldan, regional şəbəkələr arasında balansı təmin edən, bərpaolunan enerjinin payını artıran, istehsal və tələbatı optimallaşdıran, emissiyaları minimuma endirən və enerji təhlükəsizliyini gücləndirən bu təşəbbüslərlə Azərbaycan böyük bir regionda enerji səmərəliliyinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək”, - deyə nazir əlavə edib.

Konfransın yekununda Birgə Bəyanat qəbul olunub. Bəyanatda enerji səmərəliliyinin qlobal enerji keçidində əsas rol oynadığı vurğulanır və bu sahədə irəliləyiş üçün güclü milli və beynəlxalq tədbirlərin vacibliyi qeyd olunur. COP28-də müəyyən edilən 2030-cu ilə qədər enerji səmərəliliyinin ikiqat artırılması hədəfi və COP29-un nəticələri fonunda texnoloji yeniliklər, maliyyə əməkdaşlığı və sosial ədalətə əsaslanan yanaşmalarla daha təsirli addımlar atmağın vaxtı çatdığı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri