Icma.az
close
up
RU
Energetika naziri Türkiyədə bir sıra görüşlər keçirdi

Energetika naziri Türkiyədə bir sıra görüşlər keçirdi

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, İraqın Baş nazirinin müavini və neft naziri Hayan Abdul-Qani Əl-Savad, Suriyanın energetika naziri Muhammed Əl-Bəşir və Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed arasında görüşlər olub.

Redaktor.az xəbər verir ki, nazir Alparslan Bayraktarla görüş zamanı Azərbaycan və Türkiyə arasında neft-qaz, elektrik enerjisi və bərpa olunan enerji də daxil olmaqla bütün istiqamətlər üzrə geniş və sistemli əməkdaşlığın mövcudluğundan məmnunluq ifadə edilib. Gürcüstan üzərindən Türkiyəyə 250 MVt-lıq elektrik enerjisinin ötürülməsinin əhəmiyyəti qeyd olunub. “Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan Yaşıl Enerji Dəhlizi” və digər birgə enerji layihələrinin icra vəziyyəti dəyərləndirilib.

Cari ilin sentyabr ayında Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə 4-cü Enerji Forumunun keçirilməsi müzakirə olunub, həmçinin iyunda “Bakı Enerji Həftəsi”ndə türkiyəli nazirin iştirak etməsi razılaşdırılıb.

İraqın Baş nazirinin müavini və neft naziri Hayan Abdul-Qani Əl-Savad ilə görüşdə ölkələrimiz arasında tarixi əlaqələrin enerji sahəsində əməkdaşlığın inkişafı üçün zəmin yaratdığı vurğulanıb. Söhbət zamanı “OPEC+” formatı çərçivəsində neft bazarının tənzimlənməsinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İraq Respublikasının Neft Nazirliyi arasında neft və qaz sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının vacibliyi qeyd olunub. İkitərəfli enerji əməkdaşlığının inkişafı üçün prioritet layihələr nəzərdən keçirilib.

Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamedlə görüşdə isə “yaşıl enerji” və neft-qaz sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumlarının icrası, o cümlədən neft-qaz sahəsində mütəxəssislərin hazırlanması, potensial əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Tədbir çərçivəsində Türkiyədə Suriyanın energetika naziri Muhammed Əl-Bəşir ilə də görüş olub. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı məqsədilə imkanlar dəyərləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:296
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 May 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri